Page 195 - Yuri Trifonov
P. 195
Qoca
axtarırdı, o isә yoxuydu. Birinci gün kütlәni içәri buraxmırdılar.
Asya ilә axşam görüşdüm...
Budur, mavi qovluq içindә yüz altmış sәhifәlik nadir bir inci:
mәhkәmә stenoqramı. Әgәr evdә yanğın başlayırsa, әn qiymәtli
әşyaları götürmәk lazımdı, mәn dә әlimi ona atıram. Niyә? Hәr
şey oxunub axı, özü dә tәkrar-tәkrar.
Sәdr. Müttәhim Miqulin, nәdә ittiham olunduğunuzu eşitmi-
sinizmi?
Miqulin. Eşitmişәm.
Sәdr. Özünüzü tәqsirkar bilirsinizmi?
Miqulin. Bәzi detallar istisna olmaqla, elan edilәn bütün
bәndlәr üzrә özümü tәqsirkar bilirәm, amma mәhkәmә prosesi
zamanı mәnim etirafımı dinlәmәyi xahiş edirәm...
Hәr şey tәkrar-tәkrar oxunub, götür-qoy edilib, yaddaşda
ölçü-biçi aparılıb. Hәr dәfә dә ortaya nәsә yeni bir şey çıxırdı.
Qalya da oxumuşdu. Deyirdi ki, Miqulin әdalәtli vә namuslu
insan olub, amma baxış bucağı dar imiş. O, stenoqramı oxuyub
bu nәticәyә gәlmişdi, çünki belә şeylәrdәn yaxşı baş çıxarırdı.
Qalya Asya barәdә heç nә bilmirdi. O, insanları tanımaqda mahir
idi, xüsusilә dә kişilәri. Qadınlar onu az maraqlandırırdı. Polinadan
başqa, onun heç rәfiqәsi dә yoxuydu. “Qadınlarla darıxdırıcıdı...
onlarda o qәdәr cәfәng şeylәr var ki...” – deyirdi.
Miqulin. Mәn kommunizm ideyasına qarşı deyil, öz
fәaliyyәtlәriylә sovet hökumәtinin nüfuzuna zәrbә vuran ayrı-
ayrı şәxslәrә qarşı olmuşam... Mitinqlәrdә nümunә kimi göstәr-
diklәrimin cizgilәrini miqyaslı şәkildә cızmışam. Belәliklә, Saran-
skda mәnim әtrafımda yaranmış ağlasığmaz gәrgin siyasi atmosferә
diqqәti yönәltmәk istәyirәm. Tambovun süqutu barәdә şayiә
yayıldı vә mәnә elә gәldi ki, bu mәqamda kadetlәr Boqoyavlenskiyә
yaxınlaşa bilәr. Kozlovun tәxliyә edilmәsiylә bağlı söz-söhbәt
dolaşırdı, elә sandım ki, Denikinin hәrbi qüvvәlәri Ryajski
istiqamәtindә bizim mövqelәrimizә soxulacaq... Buna görә dә öz
mövcud qüvvәlәrimlә qabağa durmaq istәdim, әmin idim ki, öz
hücumumla istәnilәn yerdә cәbhәni dayandıra bilәrәm...
Sәdr. Siz kommunistlәri hәbs etmәklә hәdәlәmisiz?
Miqulin. Bu, sadәcә taktiki bir addım idi, belә ki, yolda
mәnә kiminsә mane olmasını istәmirdim. Әvvәlcә Xarin vә Lo-
195