Page 200 - Yuri Trifonov
P. 200
i Trifonov
Dronovun dindirilmәsi. Soruşurlar: Oktyabr İnqilabına qәdәr
vә müharibә vaxtı nәylә mәşğul olmusan?
Dronov. Mәn kazak zabiti – podyesaul rütbәsindәydim, alay
adyutantıydım, Oktyabr inqilabından sonra Kiyevdә yaşayırdım,
Qızıl Ordu sıralarına Oktyabr çevrilişindәn sonra girmişәm.
İkinci alayın adyutantı kimi Miqulinin korpusuna 15 avqustda
düşmüşәm...
Sәdr. Skoropadski dönәmindә onun ordusundaydınız?
Dronov. Mәnә altı hökumәt dönәmindә qәrargah vәzifәlәrindә
işlәmәk nәsib olubdur...
Sәdr. Siz niyә Miqulinin arxasıyca gedirdiniz?
Dronov. Daha çox şәxsi sәbәblәrә görә, çünki ay yarım idi,
maaş almırdım.
Sәdr. Siz qanundankәnar elan olunmanın hansı anlama gәl-
diyini başa düşürdünüz?
Dronov. Mәn buna elә dә әhәmiyyәt vermirdim.
Nәdәnsә mәnә elә gәlir ki, mәhz bu Dronovun modabaz, uzun-
draz olmasını, yaxşı eşitmәkdәn ötrü qulağını sәdrә tәrәf tutaraq
hülqumu çıxmış boynunu hörmәtlә irәli uzatmasını Asya mәk-
tubda yazmışdı. Qaranlıqda onu basmarlayan bir adam haqda da
yazmışdı. Bu odur? Birdәn ağlıma gәldi ki, odur, ona görә dә indi
hirs içindә oxuyuram...
Sәdr. Tәrksilah olunmamışdan qabaq Miqulin qoşuna müraciәt
etmişdi?
Dronov. Mәsәlә belә olmuşdu. Miqulin alaya düzlәnmәk
әmri verib, belә bir ifadә işlәtdi: “Qan tökülmәsin deyә mәn öz
hәyatımı qurban verirәm. Gedirik kazaklarla birlәşmәyә. Xor
oxuyanlar, irәli!” Vә alay nәğmә oxuya-oxuya irәli getmәyә
başladı. Bu, Mokrenkiyә çatmamış Krutenkidә baş vermişdi...
Sәdr. Deyin görәk, haçansa Miqulinin Trotski haqda rәy
söylәmәsini eşitmisizmi?
Dronov. Hә, eşitmişәm. Yürüş zamanı bәzi kәndlәrdә
mitinqlәr olurdu, orada belә söylәmişdi : “Bu yaxınlarda qәzetdә
oxudum ki, Rusiyaya bir neçә il güclü diktatura hakimiyyәti
lazımdı. Bәs, görәsәn, Lev Trotski Rusiyanın diktatoru olmağı
fikirlәşmir ki?”
200