Page 197 - Yuri Trifonov
P. 197
Qoca
salmışdı, o, teatr hәvәskarıydı, paytaxtdan idi, dostları arasında
Moskva Akademik İncәsәnәt Teatrının aktyorları da vardı. Mәh-
kәmә prosesindәn dәrhal sonra o, Moskvaya qayıtdı. “Әgәr buna
bәnzәr nәsә sәhnәdә tәşәkkül taparsa, ikinci dәfә inqilab elәmәk
lazım olacaq!” Aktyorlar toparlama arabaya oturub, vağzala yol-
landılar. Arabaya bir kisә un da qoyulmuşdu. Bu zaman qәfil
Asya göründü, onu dәrhal tanıya bilmәdim: o, örpәyә elә bürün-
müşdü ki, bircә gözlәri görünürdü, әynindә uzun, qara palto
vardı. Әlimdәn tutub mәni giriş yolundan qaranlığa çәkir.
“Bir dәqiqә, Pavlik...”
Miqulinlә görüş tәşkil etmәyi xahiş edir. Heyrәt içindәyәm.
Mәnә sayıqlama kimi gәlir, o, özündә deyil, xәstәdi, havalanıb,
qızdırmalıdı, dodaqları yanır; mәni öpür, bağrına basır, yalvarır,
dilә tutur... “Bilirәm, günahkaram önündә, mәni sevirsәn, mәnә
doğmasan vә sәn kömәk elәyә bilәrsәn... kömәk elәyәrsәn...
Sabah onu görmәsәm, ölәcәm... Bu gün o, nәlәr danışdı, necә dә
dәhşәtli şeylәr dedi. Özünә böhtan yağdırdı! Dedi ki, ağlı çaşıb-
mış...” Sәn demә, o, mәhkәmәdәymiş, kimdәnsә yalvarıb, xahiş
edib keçibmiş içәri, elә yerdә oturubmuş ki, görünmәsin, Miqulin
onu uzun müddәt baxışlarıyla axtarsa da, görә bilmәyib. Sonra
Asya elә elәyib ki, o görsün! Deyirәm: mümkün deyil. Mәn orda
balaca adamam. Yanson vә Sırenko ilә Şuraya görә münasibәtim
pozulub. Onlar Şuradan incik idi vә mәndәn ötrü heç nә etmәzdilәr.
“Axı bu adamlar onu güllәlәyәcәklәr! Başqa cür olmayacaq!”
Mәn susuram, çünki bu, hәqiqәtdir. Axı nә deyә bilәrәm? Ona
hәdsiz yazığım gәlir vә sevgim önündә heyrәt mәni boğur... O,
barmaqlarımı ovcuna alaraq, gözlәrimә baxsa da, sanki mәni
görmür, dәli kimi kәkәlәyir ki, әgәr kömәk etsәm, o, hәr şeyә
hazırdı, yәni mәnimlә qalacaq. Soruşuram: “Hәmişәlik? Yoxsa
bugünlük?” Bu sual dәhşәtlidi, alçaq bir sualdı, mәnlik deyil..,
yox mәnlik deyil! Mәn heç özümlә baş-başa qalsam da, bu cür
sual verә bilmәrәm. Axı elә mәn dә boğuluram, mәn dә havalı
kimiyәm. O, mәnә baxır, qәfil hönkürür vә әliylә işarә verәrәk
pıçıldayır: hәmişәlik, hәmişәlik! Hәmişәlik – tәki onunla bircә
dәqiqәlik dә olsa...
Bax o, mәktubunda bunları yada salmır. Gör nәlәri unudub.
Guya heç küçәdә görüşmәmişdik, hönkürtülәr, çıldırmalar olma-
197