Page 199 - Yuri Trifonov
P. 199
Qoca

Yurqanov. Hә, yazmışam. Amma Miqulinin cәbhәyә getmәk
üçün çağırış etdiyi, buna rәğmәn, kütlәnin coşquyla: “Cәbhәyә!
İrәli!” hayqırdığı 21 avqust yığıncağında o, mәndәn soruşdu:
“Siz öz yoldaşlarınızı müdafiә etmәyә gedirsizmi?” Mәn nә deyә
bilәrdim? Dedim: “Gedirәm”. Sonra o, mitinqdә komissarı hәbs
etdi vә bu zaman mәn onun yanına gedib, bu hәrәkәtinin yersiz
olduğunu bildirdim. O dedi: “Bir qәdәr әsәbilәşmişәm”. Miqulinin
bu hәrәkәti mәni özümdәn çıxardı vә dedim ki, hәddini aşsa, onu
öldürәcәm... (Miqulin bu yerdә bәrkdәn gülür. Sәdr onu mәzәmmәt
edir.) Nәhayәt, görәndә ki, Miqulini heç cür cәbhәyә yaxın bu-
raxmaq olmaz, çoxdan düşündüyümü – onu öldürmәyi hәyata
keçirmәk qәrarına gәldim. Әvvәllәr bunu etmәyi ağla sığışdırmaq
belә mümkün deyildi, çünki o, әtrafına inanılmış adamlarını,
“yeniçәrlәrini” cәmlәmişdi...

Sәdr. Nәyә görә siz mәktubunuzda briqada komandirini
Miqulinin hücumu barәdә xәbәrdar etmişdiniz?

Yurqanov. Mәn yazmışdım ki, o, nәsә, görünmәmiş bir şey
elәyә bilәr.

Sәdr. İstәyirdiniz ki, briqada komandiri sizin avantüranızı
dәstәklәsin?

Yurqanov. Mәn yenә tәkrar edirәm, mәktubu Miqulinin
tәzyiqi altında yazmışam.

Sәdr. Mәn sizin zәruri cümlәlәrinizi oxuyuram: “Miqulin
nәinki dahi sәrkәrdә, hәm dә dahi peyğәmbәrdi”. Bu cümlәni siz
yazmısız?

Yurqanov. Hә, bu cümlә mәnimdi.
Sәdr. “Әgәr qiyama qalxsa, yalnız hәqiqәt, әdalәt vә azadlıq
uğrunda qiyama qalxar”.
Yurqanov. Bunlar mәnim sözlәrimdi.
Sәdr. “O zülmlәri bir daha yaşamamaqdan ötrü kәndlilәr
Denikinin kölәsi olmağa hazırdır...”
Yurqanov. Bunlar Miqulinin sözlәridi.
Sәdr. Niyә mәktubunuzun sonunda yazırsız ki: “sizi bәrk-
bәrk öpürәm, bәlkә dә, sonuncu kәrә?..”
Yurqanov. Bu, ümumiyyәtlә, xüsusi әhәmiyyәt vermәdiyim
sadә yazışmadı, özü dә o vaxt hәlә tәrәddüd edirdim ki, Miqulini
öldürüm, yoxsa intihar edim...

199
   194   195   196   197   198   199   200   201   202   203   204