Page 202 - Yuri Trifonov
P. 202
i Trifonov
Burada, mәhkәmәdә Miqulin hәdsiz tәvazökarlıq edir,
peşmançılıq çәkir. Deyir ki, özünü idarә etmәyi bacarmayanın
birisidi, onu hәmin işә şirnikdiriblәr, bu cinayәti törәdәndә,
mahiyyәtini dәrk etmәyib. Amma vaxt vardı, Miqulin arxasında
bәzi qüvvәlәrin olduğunu hiss edәndә belә demirdi. O, bir rus
Haribaldisinә çevrilmәk – xalq qәhrәmanı olmaq ümidindәydi.
Hәmin vaxtlarda Miqulin, hәtta hәdәlәyә dә bilirdi. Mәsәlәn,
mәnә qarşı müharibә elan etdiyi özünün müraciәtindә vә ya
manifestindә yazırdı: “Әgәr cәsarәt tapıb mәnim әleyhimә çıx-
sanız, sizi mәhv edib, süpürüb ataram...”
Miqulinin cinayәt işi üzrә materialları analiz edәrәk mәn
belә bir nәticәyә gәlmişәm ki, qarşımızdakı qartal yox, bir
yaşılbaşdı, belә ki, әsgәrlәri arxasınca çәkib aparmaqdan ötrü
işlәtdiyi fәnd başçıya yaraşan fәnd deyil... İstәr-istәmәz Miqulinlә
müqayisә edәndә Kerenskinin әziz xatirәsi yada düşür, o, canı
boğazına yığılanda demişdi: “Mәnә inanmasanız, özümü
güllәlәyәcәm...”
Miqulinlә әsas әlbir olan Yurqanov özünü mәhkәmәdә
qorxaqcasına aparır. Deyir, guya Miqulinә qarşı olub, hәtta cәhd
edirmiş ki, onu öldürә. O, Kommunist Partiyasına rәğbәt bәslәdiyini
bildirir. Demәli, Yurqanov hәm öz partiyasına, hәm dә Sovet
hakimiyyәtinә xәyanәt etdiyinә görә baş vermiş cinayәtdә ikiqat
günahkardı. İnqilab dönәmindә belә miskin iradәsizlәrә nadir
hallarda kiminsә yazığı gәlәrdi. O, ağciyәr vә qorxaq olmadığını
sübut etmәk üçün qoşuna açıq şәkildә: “Miqulin xaindir, siz
Saranskda qalmalısınız” – demәliydi. Belә bәyanat versәydi,
bәlkә dә, aralarında bәdnam satqın vә xainlәrin azlıq tәşkil etdiyi
dörd yüzdәn artıq insanı mühakimә etmәk zәrurәtindәn bizi xilas
etmiş olardı. Komanda heyәtindәn Miqulinә qoşulan şәxslәr
arasında mәni maraqlandıran, dediyinә görә, Ukraynada altı haki-
miyyәtә xidmәt göstәrmiş Dronovdur. Görünür, o, Sovet haki-
miyyәtinә, sonra Petlyuraya, sәrkәrdә Skoropadskiyә, yenidәn
Sovet hökumәtinә vә sairlәrinә xidmәt göstәrib, özü dә hәr dәfә
qәrargah vәzifәlәrindә olub. Mәncә, budәfәki onun sonuncu yer-
dәyişmәsidi... Miqulin kimi ağzına nә gәldi danışan natiqlәr qara
kütlәni ayağa qaldırıb, onu әllәrindә saxlamağı bacarmırlar. Belә-
202