Page 198 - Yuri Trifonov
P. 198
i Trifonov

mışdı, guya sonra heç mәnzilә getmәmişdik, elә bil heç divarın o
üzündә Lev xorna çәkib yatmamışdı... Orada Asya sabahacan
qalmışdı vә söhbәtdәn, özgә sevgisini saatlar boyunca mәnә izah
etmәkdәn, hәsrәtdәn, fantastik planlarını açıqlamaqdan başqa,
aramızda heç nә olmamışdı. Heç nә, heç nә... Ona görә dә unu-
dub. Tәkcә onu vәkillә görüşdürә bilmәdiyimi xatırlayır. Bunu
başa düşmәk, bilmәk belә istәmir. Deyirәm: “Özünü mәnim ye-
rimә qoy. Denikin hücum edir, Krımı işğal ediblәr, Moskvada
sui-qәsdin üstü açılıb, Leontovski döngәsindә bomba partlayıb,
yoldaşlarımız hәlak olub... Belә bir ölümsaçan tәhlükәli mәqamda
xәyanәtdә ittiham edilәn adamı necә mühakimә etmәyi әmr edәr-
din?” – “Mәn nәyә istәyirsәn and içim, o, xain deyil!” – “Amma
yaxın adamı Yurqanov deyir ki, etdiyi xәyanәtә görә istәyirmiş
onu güllәlәsin”. – “Yalandı! Onun cavabından iyrәnc bir şey
yoxdu. Mәn bu adamın xislәtini anladım... O, burulğanın vurub
üzә çıxartdığı çirkab kimi bir şeydi...”

Hanı Yurqanovun cavabları? Miqulinin ona necә baxdığı
unudulmayıb.

Yurqanov. Mәn ölümdә şübhәli bilinәrәk altıncı sinfindәn
gimnaziyadan çıxarıldım, ardınca – iki ildәn sonra xalq müәllimi
oldum, heç cür yola getmәdiyim keşişlәrlә daimi qarşıdurmalarıma
görә xidmәt etmәyi buraxdım, sәrgәrdan oldum, proletarlıq elә-
dim, sonra da müharibәyә apardılar. Kerenski dönәmindә hәrbi
mәktәbә girmәyimә icazә verdilәr vә praporşik rütbәsi aldım.
Oktyabr çevrilişi ilә Qızıl Orduya daxil oldum vә indiyәcәn dә
onun sıralarındayam...

Sәdr. Hansı vәzifәlәrdә xidmәt göstәrmisiz?
Yurqanov. Әvvәlcә sıravi, sonra seçmә komandiri olmuşam,
briqadaya komandanlıq etmişәm vә Miqulinin korpusunda diviziya
rәisi kimi xidmәt göstәrmişәm... Mәn Miqulinin nifaq saldığının
vә haqsızlıq etdiyinin şahidi olmuşam. Onun siyasi işçilәrә qarşı
hücumları әsassız idi. Haqsızlığını hәm dә hәddindәn artıq әsәbi
vә şәkkak olmasıyla izah edirәm... Mәn düşmәnçilik edәn
tәrәflәri yaxınlaşdırmağa çalışmışam.
Sәdr. Siz briqada komandanı Skvortsova yazdığınız mәktubda
Miqulini dünya inqilabının rәhbәri adlandırmısızmı?

198
   193   194   195   196   197   198   199   200   201   202   203