Page 203 - Yuri Trifonov
P. 203
Qoca

lәrini denikinçilәr әvәz elәyir. Dronov Mamontovla birgә, hәqiqәtәn
dә, Sovet hakimiyyәti әleyhinә cәbhә yarada bilәrdi. Bu adam
nahaq yerә Miqulinә qoşulmayıb. Dediyinә görә, guya bu işә
görә әl qoyub ki, ayyarımlıq maaşını ala bilsin. Bunu keçmiş
alay adyutantının dilindәn eşitmәk gülüncdü. Avantüranı, azacıq
yüngül siyası tәzyiqlәrin mümkünlüyünü hiss edincә, qoşulub
Miqulinә. Burada özünü tәvazökar, sadәlövh aparır, can-başla
bütün suallara cavab verir. Tanrının belә bir parabüzәni vә sadәdili
altı hakimiyyәt dönәmindә qәrargah vәzifәlәrindә işlәyә bilmәzdi...

Siz hamınız bilirsiz ki, artıq iki ildi bir tәrәfdә bizim inqilabın
mәğzi vә mәnası – fәhlә sinfi, Kommunist Partiyası vә Sovet
hakimiyyәti olmaqla, digәr tәrәfdә isә mövcud burjua әks-inqila-
bının – Denikinin, Kolçakın, Yudeniçin ifratçılığıyla mübarizә-
sindәn ibarәtdi. Sazişә girmiş partiyaların, tәsisçilәrin bütün sәy-
lәri, xalq yığıncaqları olan cürbәcür “rada” tәrәfdarlarının vә
sairlәrin ortaq mәxrәcә gәlmәk cәhdlәri bugünәcәn heç bir sәmәrә
vermәmişdir. Biz bilirik, istәnilәn adam da minlәrlә faktı araşdıra
bilәr: Sovet hökumәtinә qarşı yönәlәn istәnilәn mübarizә, sonda
gedişatın dәmir mәntiqiylә Denikinә vә әks-inqilaba cәlb olunmağa
aparıb çıxarır. Bizә qarşı çexoslovaklar, solçu eserlәr, menşeviklәrin
demokratik qrupları vә başqaları üsyan qaldırmışdılar. Gec-tez
bu qrupların hamısı Denikinin çәnginә keçdi vә onları öz yolundan
süpürüb atdı. Tәkcә o, qatı vә güclü rәqibdi, bu qorxunc, nәhәng
mübarizәdәn ikisindәn biri – ya Sovet hökumәti, ya da Denikin
qalib çıxacaq...”

Edvard Yanoviçin mülahizәlәri ağıllı vә hәssasdı! Hәm
danışmağı bacardı, hәm dә fikirlәri aydın idi. Zamanınsa fәlakәtli
çağı – on doqquzun oktyabrıydı. Bu vaxt ucqar Balaşovoda nә
barәdә düşünürdülәr? Nәyә ümid bәslәyirdilәr? İlahi, Denikin
Voroneji tutub, Oryola vә Bryanska yaxınlaşırdı... Şәrqdә Tobolsk
süqut etmişdi... Yudeniç Krasnı Seloda, almanlar Riqadaydılar...
Hәr şey tükdәn asılıydı... Son qәlәbәyә bir an belә şübhә yox idi!
Növbәti gün mәhkәmәdәn sonra ova getdik: alatorandan yuxudan
qalxdıq, әvvәlcә gölә gedib ördәk ovladıq, sonra hansısa çölә
kәklik dalınca yollandıq...

“Burada o, önümüzdә yarıtolstoyçu, yarısentimental bir melo-
dram oynayır. Guya o, heç bir zorakılıq olmadan tәtbiq edilәn bir

203
   198   199   200   201   202   203   204   205   206   207   208