Page 208 - Yuri Trifonov
P. 208
i Trifonov

haqqındakı kiçik bir kitabını oxudum vә gözlәnilmәdәn mәnim
kimi adamları xarakterizә edәcәk bir mәsәlәyә rast gәldim. Mә-
sәlә ondadı ki, Fransada әdalәt sarıdan әndişәli olan sosialistlәr
hәr yerdә, hәr tәrәfdә onu axtarırmışlar. Son dәrәcә sәmimi olan
bu insanların elmi biliklәri çatmırmış... Mәn dә belә birisiyәm,
bәdbәxtliyim dә elә bundadı... İnqilab Tribunalından xahiş edirәm
ki, bunu nәzәrә alsın. Mәn hәyatım boyunca etdiyim bir neçә in-
qilabi çıxışım vә hәrәkәtim haqda bәzi şeylәr söylәmәk istәyirәm.

Hәlә rütbәmin aşağı olduğu 1895-ci ildә, rәislәrin biri
tәrәfindәn mәnim doqquz rublluq mәvacibimdәn altı rubl
tutulmuşdu. Mәn buna görә qәzәblәnib dedim ki, belә bir köpәyi
güllәlәyәrәm. Çox pis vәziyyәt yaranmışdı, buna dözә bilmәdim
vә birinci instansiya mәhkәmәsindә xidmәt etmәyә keçdim.
1904-cü ildәn artıq mәn zabit idim vә stanitsa atamanı kimi
ictimai vәzifәyә seçilmişdim. Hәmin vaxt ictimai әsaslarla doqquz
nәfәri atla tәchiz etmәk lazım gәldi, bu, kazakları çәtin vәziyyәtә
saldı, onları borca girmәyә mәcbur etdi vә mәn kazakların
marağının qızğın müdafiәsinә girişdim, onların işinin asanlaşması
üçün bütün tәdbirlәri gördüm. Belәliklә, qәbul zamanı komissiyanın
qarşısından bütün atları keçirә bildim, sayı da doqquz idi, amma
ataman gәlәndә, hamısını çıxdaş elәdi vә saat on ikiyә qәdәr
yenilәrini tәqdim etmәyi mәnә әmr verdi. Ha әllәşsәm dә, niyә
tәqdim olunan atların çıxdaş edildiyini öyrәnә bilmәdim, yenidәn
hәmin atları atamanın qarşısına gәtirmәyә qәrar verdim. Saat on
ikidә hәmin atlar onun yanına gәtirildi, ataman altısını seçdi,
qalanını çıxdaş elәdi, mәnә әmr verdi ki, saat üçәcәn çatışmayan
atları gәtirim. Mәn yenidәn hәmin atları gәtirmәk fikrinә düşdüm...
Nәticәdә onları tәqdim etmәklә işi bitirә bildim vә mәnim bu
etdiklәrimә Ust-Medveditski dairәsinin 18 stanitsası şahid oldu...
Sonra isә yapon müharibәsi elan olunanda, mәn sәfәrbәr olunub
döyüşә göndәrildim. Orada mәn komanda heyәti tәrәfindәn
hәdsiz özbaşınalıqlar gördüm vә Dördüncü kazak diviziyasının
rәhbәri general Teleşov qurşandığı intizamsızlıq, eyş-işrәt vә
cinayәtkarlıq üzündәn hәbs şöbәsinә salınmışdı, mәn alay
komandirinә açıq-aydın dedim ki, ona qarşı doğru tәdbir görüblәr,
belә dә etmәk lazım idi, çünki ordumuzda törәdilәn başıpozuqluğa

208
   203   204   205   206   207   208   209   210   211   212   213