Page 209 - Yuri Trifonov
P. 209
Qoca

dözmәk mümkün deyil... Buna görә mәni әsәb xәstәlәri hospitalına
göndәrdilәr. Dediyim hәqiqәtә görә mәnim dәli olduğumu
bildirmәk istәyirdilәr. Bu zaman ağır vә kәdәrli anlar yaşayası
oldum, xatırlayıram ki, 17 oktyabr manifesti ilә könlüm açıldı,
yadımdadı, hamı bu günü gözәl bir bayram kimi qarşıladı...
1906-cı il mәnim üçün çox ağır oldu. Danilovsk şәhәrinin kәnarına
düşmәyimә sәbәb olan general Şirpkovla aramızda baş vermiş
hadisәlәr haqda danışmayacam. “Rus xalqları ittifaqı” meydana
gәlәndә, mәn onun әhәmiyyәtindәn hamıya söhbәt açırdım, sonra
hәmin ittifaqın mәxfi bir mәktubu әlә keçәndә, mәn onu kazaklara
oxuyub, әsl mәnasını izah etdim. O zaman mәni general Samsonov
vә Verşininin rәhbәrlik etdiklәri Birinci kazak diviziyasına
göndәrdilәr, orada da ağır anlar yaşadım, heç kim mәni başa
düşmürdü, öz rәhbәrimlә qarşıdurmaların birindә dedim ki, o,
insan deyil, vәhşidi. Belәliklә, harada oluramsa olum, hökm
edәnlәri gözdәn salmaqdan ötrü hәr yerdә vә hәmişә inqilabi
addımlar atdım. İfadә vermәk mәqsәdilә burada dediklәrim...”

Şam yemәyi vaxtı birdәn dәhşәtli bir mәsәlә üzә çıxdı: Ruska
xәstәlәnib, xәstәxanadadı, ondansa gizlәdiblәr. Gizlәdiblәr, hә,
gizlәdiblәr! Artıq altı gündü! Bütün hәyәt bilir, tәkcә o – atası
xәbәrsizdi. Bu rәzil sirrin üstünü Prixodkonun qızı, gonbul Zoya
açdı, gözlәri bәrәlә halda yüyürüb gәldi: “Rusikin vәziyyәti ne-
cәdi? Eşitmişәm yaxşılaşır?” Pavel Yevqrafoviç donub-qaldı,
sәsi batdı, bircә saniyәliyә keylәşdi, gözlәdi ki, masa arxasındakılar
nә cavab verәcәk.

Vera soyuqqanlıqla izah etdi: hә, yaxşıdı, dünәn xәstәxanaya
zәng etmişik, vәziyyәti qәnaәtbәxşdi, amma aşağısı iki hәftә
orada olacaq. Hamıya salam göndәrdi.

– Kim zәng elәyib? Hara? – Pavel Yevqrafoviç ufuldadı.
– Mәn zәng elәmişәm – dedi Valentina – Yeqorovskiyә.
– Ruskaya nolub? Niyә mәn heç nә bilmirәm?
– Bu cәfәng hay-küy nәyә lazımdı, ata? Ayıb deyilmi sәnin
üçün? – Vera sanki qәzәblәnmiş kimi Pavel Yevqrafoviçә әlini
yellәdi. – Lütfәn, qurtar.
– Ruskaya nolub?! – Pavel Yevqrafoviç bağırdı.
– Ağlın başından çıxmasın, ata. Bu nömrәlәri gәlmә.

209
   204   205   206   207   208   209   210   211   212   213   214