Page 210 - Yuri Trifonov
P. 210
i Trifonov
Vera barmağını silkәlәdi, Erastoviç incik halda baxdı. Bütün
bunları, әlbәttә, oyun kimi quraşdırmışdılar ki, yad adamın ya-
nında yalançılıqları üzә çıxmasın. Vә oyunu davam etdirәrәk,
heç nә demәk istәmirdilәr! Onu az qala ağlamaq tuturdu, eyni
zamanda hirsindәn boğularaq: “Tәcili izah elәyin!” – deyә tәlәb
edirdi. O, hәqiqәtәn, heç nә bilmirdi! Bir axmağa baxırmış kimi
gözlәrini ona dikmişdilәr. Yox, işi bitmiş birisinә baxırmış kimi.
Vera guya hәlimliklә, hәm dә tәlәskәnliklә uydurduqları yalanı
yeritmәyә çalışırdı:
– Ata, axı necә olur? İkinci gün sәn burda oturmuşdun, biz
girdik içәri, söhbәt elәdik... Sonra sәn getdin öz otağına...
– Pavel Yevqrafoviç, siz әldәn düşmüsüz. Memuarlarınızın
әlindәn, – Erastoviç dedi – dincәlmәk lazımdı sizә.
Pavel Yevqrafoviç әllәriylә üzünü örtdü.
– Aman Tanrım, bilә bilәrәmmi ki...
Baldızı dilә gәldi:
– Bilirsiz, gecәyarısı taqqıltı eşidib qorxdum, girib görürәm
çarpayıda paltarlı, yәni pijamada yatıb... İşıq yanır, qovluq
döşәmәdәdi, bütün kağızlar yerә sәpәlәnib...
Nәhayәt, aydınlaşdırdı ki, Ruska yanıb, amma çox da tәhlükәli
bir şey yoxdu, Tanrıya şükür. Köhnә tankçı kimi orada traktorda
işlәyirmiş. Traktor yanan torfluğa yuvarlanıb. Tәfsilatını heç kim
bilmir, indisә oraya getmәk lazım olduğu halda, nәdәnsә heç kim
yerindәn tәrpәnmir. Gonbul Zoya guya sәmimi-qәlbdәn tәklif
etdi:
– Uşaqlar, qoyun gedim ora, nә deyirsiz, hә? Yeqorovskiyәmi?
İndi boşam, mәzuniyyәtdәyәm. Heç bir çәtinliyi yoxdur, mәn
mәmnuniyyәtlә...
Vә o, bunları hәm dә indiki, hәm keçmiş arvadının, bacısının,
hәm dә oğlanlarının yanında deyirdi... Cәfәng şeylәr idi. Vera
anlaşılmaz bir şәkildә dillәndi:
– Sağ ol, Zoyacan, indi, deyәsәn, elә bir xüsusi zәrurәt...
Valentina şişkin dodaqlarını bir-birinә sıxdı, üzü qәzәbli vә
kvadrataoxşar bir şәkil aldı, (onun üzü ilk dәfә Ruskayla savaşanda
bu görkәmi almışdı, artıq çoxdan dalaşmırlar, hәr şey sәngiyib)
sakitcә qabları cingildәdib çıxıb getdi. Qadınların arasında baş
210