Page 215 - Yuri Trifonov
P. 215
Qoca

xәyalәn tәsәvvür elәdi, hәm dә guya qovluğu masanın üstünә
çırpdı.

Aynabәnddә boş masanın arxasında üç nәfәr oturmuşdu:
Polina, qızı Zina vә balaca Alyonuşka. Nә barәdәsә danışırdılar
vә Pavel Yevqrafoviç görünәn kimi dәrhal susdular. Zina evә
girdi. Polina dedi:

– Paşa, әzizim, bizimlә çay içәcәksәn? – O, qovluğu qarşısına
çәkdi, bağını açdı, sәhifәlәri vәrәqlәdi. – Sәnin işin çox maraqlıdı...
İstәyirsәn ki, mәn oxuyum?

– Yox, heç nә istәmirәm! Ver bura. Bunu bilmәdәn özümlә
götürmüşәm. Başa düşürsәn, evdәn tәsadüfәn götürüb çıxmışam...

– Başa düşürәm, Paşa. Sәnin gәlişinә hәmişә şadam... Çay
istәyirsәn?

Razılıq verdi. Susdular. Düşündü ki, buraya niyә gәlib? Axı
saat on birdi. Gecәnin bu vaxtı, nәdәn ötrüsә, ciddi bir iş üçün
gәlib, yәqin. Heç cürә yadına sala bilmirdi. Yox, heç cürә. Qәtiy-
yәn, qәtiyyәn xatırlamaq olmurdu. Elә-belә, gecәnin bir vaxtı
sadәcә kefindәn camaatın evinә gәlә bilmәzdi axı... Yox, niyәsini
yadına sala bilmirdi. Bir dә görürsәn, arada ağlasığmaz bir boşluq
yaranır ki, onu heç nәylә doldurmaq mümkün olmur. Yaddaşına
güc gәldiyindәn, qәfil haldan düşdüyünü duydu, bir qәdәr qorxdu,
çünki gәrginlikdәn beyin kirәclәnmәsi baş verә bilәrdi, qәrara
aldı ki, daha düşünmәsin. Yeganә xatırladığı şey: nәyinsә Miqulin
vә Asyayla bağlı olmasındaydı – Miqulinin güllәlәnmә hökmünü
necә qәbul etmәsiylә bağlı. O, güllәlәnmәni sakit qarşıladı, amma
bağışlanmağa dözә bilmәdi. İyirmi altıncı ildә çıxmış kitabında
Yanson xatırlayır. Orada belә yazılıb: tәlәsmәk lazım idi, hökmün
yerinә yetirilmәsi vaxtı yaxınlaşırdı. Bir sutkadan azca çox vaxt
qalmışdı. Hansı sәbәbdәn olursa-olsun, – istәr texniki, istәr me-
teoroloji – yarımca saatlığa da olsa, Moskvadan cavab geciksәydi,
hәr şey bitmәliydi! Üzücü intizar anlarını xatırlayıram. Mәni
içәri buraxmırdılar. Beş nәfәr: ancaq mәhkәmә üzvlәri vә Sırenko
mәşvәrәt aparırdı. Әfv xahişiylә ÜMİK-ә müraciәt etmәmişdәn
öncә, müttәhimlәrdәn namuslu vә vicdanlı şәkildә söz vermәlәrini
tәlәb etmәk qәrara alındı... Sadәlövhlüyә bir bax! Amma belәydi,
mәhz belә. Hәr şey inqilabın qaynar ab-havasında qәbul olunurdu.

215
   210   211   212   213   214   215   216   217   218   219   220