Page 216 - Yuri Trifonov
P. 216
i Trifonov
Yanson xatırlayır: Miqulinlә görüş Balaşovo hәbsxanasının dәftәr-
xanasında, qalanlarıylasa kamerada baş tutdu. Bir gecәdә Miqulin
çox qocalmışdı. Yanson deyәndә ki, әfv edilmәsindәn ötrü xahiş
olunacaq, qoca dözmәyib hönkürmüşdü. Yanson Miqulini qoca
adlandırır. Onun o vaxt qırx yeddi yaşı vardı, Yansonunsa iyirmi
sәkkiz...
– Bilsәydiniz ki, mәnim әzizlәrim, – Pavel Yevqrafoviç dedi –
necә rahat nәfәs aldıq! Mәn sevinirdim, hamı sevinirdi. Amma
burasını Yanson çox canlı yazıb, bu dәqiqә tapacam, o, stenoqramdan
ayrıdı, mәn ayrıca onun kitabından köçürmüşәm. Budur! Tapdım.
İstәyirsiz? Sizinçün maraqlıdı? Yox, hәqiqәtәn dә, çox maraqlıdı,
yoxsa siz bunu sadәcә nәzakәt xatirinә istәyirsiz?
Alyona başını tәrpәtdi, Polina tam sәmimiyyәtiylә pıçıldadı:
– Çox istәrdik oxuyasan, Paşa, çox. İnan Tanrıya, çox...
Vә o, oxumağa başladı:
– “Qocaman әsgәrә hәyata qayıtmaqdansa, onunla vidalaşmaq
daha asan idi. Biz qalan müttәhimlәrin kamerasına yaxınlaşdıqda,
orada artıq hansısa inqilabi nәğmәnin oxunması bitmişdi. Biz
daxil olduq, mәhbuslardan hansısa qışqırdı: “Qalx! Farağat!”
Adamlar döşәmәdәn sıçrayıb durdular. Biz gәlişimizin mәqsәdini
açıqlayanda, sevinc hәyәcanından doğan hisslәr tüğyan etmәyә
başladı. “Denikinin üzәrinә!”, “Yaşasın Sovet hakimiyyәti!” kimi
şüarlar kameranı doldurdu. İnsanlar yaşamaq vә mübarizә aparmaq
imkanına sevinirdilәr...” – O, bircә anlığa dayandı, çünki Zina
aynabәndә daxil oldu, Alyonanın qulağına nәsә dedi, uşaq dәrhal
getdi, özü isә onun yerindә oturdu. – Zina, sәninçün maraqlı
olmalıdı. Sәn psixioloji mәqamları sevirsәn. Güllәlәnmәyә
mәhkum olmuş adamın nәlәr keçirdiyini bilmәk istәyirsәn? Mәn
Miqulinin qeydlәrindәn oxuyuram. Bu, artıq ayrı yerdәndi.
Bunları artıq Moskvada yazıb, yaddaşının gücünә. Oxuyummu,
ya bәlkә, gecdi?
– Oxuyun, Pavel Yevqrafoviç, – Zina başını әllәrinә söykәyib
dedi.
Ona elә gәldi ki, deyәsәn, artıq oxumağa dәymәz. Ovqatı
pozuldu. Vaxt da keçmişdi, gec idi. Amma çox istәyirdi oxusun.
Birdәn artırmada qapını döydülәr. Baldızıydı. Onu soraqlayırdılar.
Polina dәrhal çağırdı:
216