Page 218 - Yuri Trifonov
P. 218
i Trifonov

dәhşәt içindәdi. Mübarizә aparmağa qüvvәsi qalmayıb, adamın
ona baxanda bağrının başı sökülür...”

Vicdansız gözәl yazır amma! Hә? Doğrudan da, yaxşıdı?
Üslubu çox gözәldi, bәdiidi. Yazıçı ola bilәrdi.

– Pavel Yevqrafoviç... – Zina ona çәkinә-çәkinә, gözlәri
qızarmış halda, qәribә tәrzdә baxdı. – Mәnsә sizә demәk istәyirәm
ki, öz aramızdır, müharibәnin, inqilabın olmadığı bizim hәyatda
da... olur...

– Necә, necә? – Pavel Yevqrafoviç soruşdu.
– Mәsәlәn, mәn dә hәrdәn... çeçyotka oynamaq istәyirәm...
Zina stuldan qalxdı, qollarını qaraçılar kimi yana açdı vә üzü
titrәmәyә başladı. Polina cәld ona yaxınlaşdı, çiyinlәrindәn
qucaqlayıb apardı. Pavel Yevqrafoviçin baldızı pıçıldadı:
– Gedәk, gedәk, Paşa. Getmәk lazımdı. Gedәk...
– Dayan! Mәn gәlmişәm... – Qәfil yadına düşdü: Polinaya
kömәk etmәk lazımdı. İnsanlar qocalıq hәddinәcәn yaşaya bilmir,
xәstәlәnir, ölürlәr vә artıq heç kim kömәk etmәk gücündә olmur.
Amma kömәk etmәk lazımdı. Qәflәtәn hәr şey puç olub gedir.
Buna baxmayaraq bacardığını etmәk gәrәkdi.
Bәdirlәnmiş ay şam ağaclarının başı üstünә ucalmışdı. Vә
yanıq qoxusu adamı boğurdu. İndi onlar uzun müddәt әzab
çәkәcәklәr, uzun zaman mübarizә aparacaqlar, son ana qәdәr
ümid bәslәyәcәklәr vә Polinaya hörmәt elәmәyәn, ona bir ev
qulluqçusu kimi yanaşan bu gәnc, xoşagәlmәz oğlan öz ölümünә
bir bataqlığa batırmış kimi qapılacaq, daha dәrinlәrә çökәcәk,
dönmәzlәrә gedәcәk, qurğuşun kimi soyuq, boz ilğımlarda itәcәk...
Pavel Yevqrafoviç qovluğu sinәsinә sıxıb oturmuşdu, hövsәlәsini
basıb qadınların aynabәndә dönüşünü gözlәyirdi.
Vә bir gün, avqustun sonunda elә bil göylәrin tilsimi qırıldı –
istilәr qәfil sındı. Bu möcüzәli günә isә hamı asanca gәlib çıxam-
madı. Bәzilәri dәhşәtli dәrәcәdә arıqladı, bәzisi infarkt keçirib
sağlamlığını itirdi, bir qisim adam sәrinlәrәcәn yaşaya bilmәdi,
sağ qalanlarsa qeyri-adi gümrahlıq hiss etmәklә sanki hәyatın
dadını çıxartdılar: bu adamlar indi şәhәrә ayrı cür münasibәt bәs-
lәyir, suya, günәşә, ağaclara, yağışa ayrı cür yanaşırdılar. Amma
bu lәzzәtli anlar çox yox, cәmi ikicә gün çәkdi. Üçüncü gün artıq

218
   213   214   215   216   217   218   219   220   221   222   223