Page 217 - Yuri Trifonov
P. 217
Qoca

– Lyuboçka, Lyuboçka! Bura gәl!
Qarılar pıçıldaşmağa başladılar. Onun oxumaq hәvәsi öldü,
çünki bilirdi ki, baldızı Miqulinlә bağlı olanlara biganәdi. Üzünü
Zinaya tutdu:
– Zina, istәyirsәnsә, oxuyaram, istәmirsәnsә, başqa vaxta
qalsın. Ümumiyyәtlә, heç oxumamaq da olar. Onsuz da mәn bu
qovluğu buraya sırf tәsadüf üzündәn gәtirmişәm.
– Pavel Yevqrafoviç, siz mәnә fikir vermәyin. Mәn bütünlüklә
yaman gündәyәm, adamlıqdan çıxmışam. Bütün günü istinin
altında gah xәstәxanaya, gah instituta çapmışam – deyә başını
әllәrinin üstünә qoymuş Zina oturmaqda davam elәdi. – Oxuyun,
lütfәn.
O, tәrәddüd içindәydi.
– Yaxşı, istәyirsәnsә, bir az oxuyaram. Demәli, belә. Bu
qeydlәri Miqulin Moskvada – Balaşovodan gәtirildiyi “Alqambra”
mehmanxanasında yazıb. “Dinlәdiyimiz hökmdәn sonra axır
saatlarımızı bir yerdә olaq deyә, bizim eyni kameraya salınmağı-
mızdan ötrü etdiyimiz xahişә yox demәdilәr. Bax bu zaman – bir
neçә saatdan sonra güllәlәnәcәyini gözlәdiyin halda – bilәndә ki,
bir neçә saatdan sonra hәyatda olmayacaqsan, sәnin kimi ölümә
mәhkum olmuşlara göz qoyaraq, onlarla özünü müqayisә elәmәk
son dәrәcә ibrәtamizdi. Bu zaman öz iradәsindәn asılı olmayaraq
insanın bütünlüklә iç üzü açılır. Qәlbinin әsl halını gizlәmәk
qәtiyyәn mümkün olmur. Ölüm... o fındıqburun ölüm düz gözünün
içinә baxır, qәlbini, ruhunu dondurur, iradәni vә ağlını iflic edir.
O, sümüklәri çıxmış qollarıyla artıq sәni qucaqlayıb, amma o
dәqiqә canını almır, yavaş-yavaş öz soyuq ağuşunda boğur...
Bәzilәri bu vәziyyәtdә dә onun gözlәrinә mәğrurcasına baxmağı
bacarır, bәzilәri olub-qalan mәnәvi qüvvәsini gәrginlәşdirәrәk
qorxmadıqlarını göstәrmәyә çalışırlar amma heç kim ağciyәr
olduğunu büruzә vermәk istәmir. Mәsәlәn, qәfil yerindәn qalxıb
çәkmәlәrinin dabanlarını sement döşәmәdә taqqıldada-taqqıldada
çeçyotka rәqsi edәn bir yoldaşımız hәm özünü, hәm dә bizi
aldatmağa cәhd edir. Amma üzü tәrpәnmir, gözlәri donuqdu vә
bu gözlәrlә canlı insana baxmaq qorxuncdu. Onun bu halı uzun
çәkmir... Güllәlәnmә hökmü almış döşәmәdә uzanıb. O, bütünlüklә

217
   212   213   214   215   216   217   218   219   220   221   222