Page 212 - Yuri Trifonov
P. 212
i Trifonov

– Bilmirәm... Mәn düşünürәm... qardaşım müәmmalı adamdır...
– Mәnasız cavandı! – Әlinin hәrәkәtiylә bildirdi ki, hәr şey
bitdi! Amma kiridi.
Axşam qapı astadan döyüldü: Qrafçik idi. Nәdәnsә, xәstә
yanına girirmiş kimi, pәncәlәri üstә daxil oldu, pıçıltıyla danışmağa
başladı. O, “Za rubejom” jurnalının sonuncu nömrәsini gәtirmişdi.
– Sizә baş çәkmәyә gәlmişәm, Pavel Yevqrafoviç... Ruslana
da bәzi şeylәr çatdırmaq istәyirәm... Müsbәt emosiyalar...
– Nәdi ki?
– Әvvәla, onun vәziyyәti nә yerdәdi?
Bu da hәr şeyi bilirmiş! Pavel Yevqrafoviç tutulub qaldı,
yenә bunların cinayәtkarcasına әlbir-dilbirliklәrini yadına salıb,
könülsüz cavab verdi: qәnaәtbәxşdi. O, Qrafçikә xoş münasibәt
bәslәyirdi, onu dәrrakәli, oxumuş insan sayırdı, bundan әlavә, bu
bәdәn tәrbiyәsi müәllimi diqqәtәlayiq idi, onun üçün jurnallar vә
kitablar gәtirirdi (uşaqlardan istәsәn dә, xeyri yox idi), hәvәslә
söhbәtә qoşulur, ağıllı suallar verib adamı maraqla dinlәyirdi,
amma indi Pavel Yevqrafoviç qaşqabağını tökdü: ürәyinә şübhә
doldu ki, Qrafçik dә onlarla әlbir-dilbirdi. Bәs niyә “Za rubejom”u
irәlicәdәn gәtirmәmişdi?
Qrafçik sırtıqcasına balaca, uşaq skamyasına oturdu, başladı
hansısa bir dostu haqda nәsә gülmәli bir şey danışmağa, kәnardan
baxanda elә bilirdin çömbәlib. Pavel Yevqrafoviç bu skamyadan
ayaqqabılarının bağını bağlayanda istifadә edirdi.
– Bilirsiz, onun belә bir üsulu var: “Müsbәt emosiya istәyirsәn?
Beş rubla?” Vә ya telefonla zәng edir: “Müsbәt emosiya verә
bilәrәm. Bir rubla...” Ha-ha!
– Bunlar zarafatdı?
– Bu hәm zarafatdı, hәm dә... Rubldan imtina etmәz.
– Yaxşı dostlarınız varmış.
– O, pis oğlan deyil. Amma oyunçudur, başa düşürsünüzmü?
Bütün hәyatı boyu hәr şeyә oynayır...
Sonra hәmin oğlan haqda maraqlı olmayan şeylәr danışmağa
başladı.
Pavel Yevqrafoviç onun sözünü kәsdi:
– Әziz Anatoli Zaxaroviç, siz müsbәt emosiya barәdә nә
demәk istәyirdiniz?

212
   207   208   209   210   211   212   213   214   215   216   217