Page 214 - Yuri Trifonov
P. 214
i Trifonov
sakitcә dinlәdilәr, tәkcә bir nәfәr, deyәsәn, komendant dәstәsinin
yüzbaşısı huşunu itirib yıxıldı, ara qarışanda Miqulin heç tәrpәn-
mәdi, yıxılanın qaldırılmasına nifrәtlә baxmaqda davam elәdi.
Qәfildәn Asya zaldan qışqırdı: “Seryoja! Mәn sәninlәyәm!” Belә
bir diri, adamın canına od salan, güclü çığırtı Miqulini bircә anda
daş kimi donub-qalmış, çallaşmış bir qocadan xoşbәxt insana çe-
virdi: gülümsündü, gözünә işıq gәldi, nәsә pıçıldayıb başını yel-
lәdi... Növbәti gün mәn ovdan qayıdanda (bu ov, әsәblәr içindә
alışan içimә bir udum su kimiydi...), Asya mәnә evin alaqapısında
rast oldu. Dedi ki, bütün gecәni hәbsxananın yanında keçirib.
Dәhşәt içindә baxırdı. “Sәn ova getmişdin?” Hә, getmişdim, get-
mişdim, mәn ova getmişdim, heç nәyi dәyişmәk olmaz, hә... ova
getmişdim, çünki görә bilmirdim, danışa bilmirdim... Hökmün
yerinә yetirilmәsinә otuz iki saat qalırdı... Asya qışqırdı: “Sәn
heç nә bilmirsәn! Әfv xahişi ilә Moskvaya teleqram göndәrilib!”
Mәnim heç nәdәn xәbәrim yoxuydu. Bircә onu bilirdim ki, Mi-
qulinin mәhkәmәdәki davranışını nәzәrә alaraq, ona qarşı yüngül
hökm çıxarılması xahişiylә mәhkәmәnin sonuncu günü Respublika
İnqilabi Hәrbi Şurasından teleqram gәlib. Axı Miqulin son sözünü
belә bitirmişdi: “Görürsünüzmü, mәnim hәyatım bir xaç kimidi,
onu Qolqofa daşımaq lazım gәlsә, daşıyaram. İstәyirsiz inanın,
istәyirsiz yox, mәn belә qışqırıram: “Yaşasın sosial inqilab! Yaşa-
sın kommuna vә kommunistlәr!” Amma İnqilabi Hәrbi Şuranın
teleqramı gecikmişdi – hökm çıxarılmışdı. Buna baxmayaraq,
Yanson hәmin axşam Ümumrusiya Mәrkәzi İcraiyyә Komitәsinә
Miqulini vә miqulinçilәri әvf etmәk xahişiylә teleqram göndәrdi...
Bax bunu mәn bilmirdim... Әlbәttә, gecә yarıdan keçmiş ÜMİK-
dәn cavab gәldiyindәn dә xәbәrim yox idi ...
Pavel Yevqrafoviç nәdәnsә masanın üstündәn stenoqram
qovluğunu götürdü. Qaranlıqda kolların arasıyla Polinanın
daxmasına sarı getdi vә yolda qәfil fәrqinә vardı ki, qovluq
әlindәdi! Nәyә görә? Onu Polinanın yanına niyә aparır? Qocalıq
bütünlüklә ağlını aparıb. Neylәdiyini bilmir...
– Sәnә qonaq gәlmişәm – Pavel Yevqrafoviç dedi – hansı
ağılnansa qovluğu da özümlә götürmüşәm... – vә o, bunları
214