Page 219 - Yuri Trifonov
P. 219
Qoca

әzablar unuduldu, buna isә sәhәr açılandan payız sıxıntısı gәtirәn
xırda yağış sәbәb oldu, hәr kәs öz işinә qurşandı. Valentina ilә
Qarik yığışıb şәhәrә getdilәr, mәktәbә hazırlaşmaq lazım idi,
mağazalara gedib mәktәbli forması, dәrsliklәr, bәzi xırım-xırda
şeylәr almalıydılar. Myudayla Viktor da yoxa çıxdı. Viktoru
kolxoza kartof yığımına göndәrdilәr. Veroçka şәhәrdәki mәnzilin
divar kağızlarını yenilәmәyә başladı, Erastoviç isә Kislovodskiyә
getdi. Bağ evlәri boşaldı, uşaqların hay-küyü kәsildi. Pavel
Yevqrafoviç qab götürüb sanatoriyaya yemәk dalınca gedәndә
artıq sahildә adamlara rast gәlmirdi, çimәrliklәr boşalmışdı, heç
kimә gәrәk olmayan qayıqların limanda sıxlığı yaranmışdı. Yiyә-
siz qalmış, yarıvәhşi vәziyyәtә düşmüş itlәr şose yolunda qaçı-
şırdılar. Pavel Yevqrafoviç Maykoplu Qrozdova yazdığı mәktubu
bitirdi. Ruslan isә әlindә әsa hәyәtdә gәzişirdi. Onun sentyabrın
ortalarınacan tibbi bülleteni vardı. O, avqustun sonunu, sentyabrın
әvvәlini – insanların çәkilib getmәsini, sakitliyi sevirdi, amma
hәyatda elә gözәl anların ömrü çox az olur! İlk dәfә gәnclik
illәrindә, sonrasa zavoddan çıxıb heç yerdә işә düzәlә bilmәdiyi
әllinci illәrin ortalarında bu hisslәri yaşamışdı vә bir dә indi. O,
hәr şeyin yabanı bir şәkil aldığı, soluxmağa vә payızı gözlәmәyә
başladığı hәyәtdә gәzişir, fikirlәşirdi: hәr şeyi yenidәn başlamaq
olar. Heç dә qorxulu deyil. Budur ey, qocanın özü dә dәfәlәrlә
yenidәn başlayıb. İşi-peşәsi ancaq yenidәn başlamaqdır.

Ruslan hәyәtә girәn, daşlı yolda dönüb dayanan, içindәn üç
adamın düşdüyü qara “Volqa”nı gördü. Düşәnlәr siqaret yandırdılar
vә tәlәsmәdәn әtrafa göz gәzdirmәyә başladılar. Birindә qırmızı
rәngli qovluq vardı. Ruslan yaxınlaşıb tәlәsmәdәn kimi axtardıqlarını
soruşdu. Cavab verdilәr ki, heç kimi axtarmırlar. Onlar söhbәt
edә-edә hәyәtin dәrinliyinә doğru getdilәr. Qırmızı qovluqlu
adam ortada gedirdi, qovluğu arxasında ikiәlli tutmuşdu vә onu
kürәyinә yüngül-yüngül vururdu. Hәrәkәtlәrindә bir hәyasızlıq
vardı. Asta-asta gәzişir, әtrafda heç nәylә maraqlanmır, öz
aralarında söhbәtlәşirdilәr. Elә bil hәr şeydәn xәbәrlәri vardı.

Ruslan qara “Volqa”ya yaxınlaşdı, zamşa gödәkcәli sürücüdәn
bunun haranın maşını olduğunu soruşdu.

– Bәs siz bilmirsiz? – sürücü soruşdu.

219
   214   215   216   217   218   219   220   221   222   223   224