Page 224 - Yuri Trifonov
P. 224
i Trifonov

Yox, dilim gәlmir danışam, hәvәsim yoxdu, bu, onlara gәrәk
deyil. Onlar başqa işdәn ötrü gәliblәr. Güc-bәla, nәzakәt xatirinә
nәsә danışmağa başlayıram, oturub guya diqqәtlә qulaq asırlar,
Roman Vladimiroviç “belә... belә...” deyәrәk başını tәrpәdir,
qadın isә divara yaxınlaşıb Qalyanın şәklinә baxır. Şәkil mühari-
bәdәn sonrakı yayda çay sahilindә çәkilib. O, uzun müddәt port-
retә baxır, heç nә soruşmur. Bu zaman söhbәtimi yarımçıq qoyub
deyirәm:

– Siz rәhmәtlik arvadım haqda soruşmaq istәyirsiz? Soruşun,
lütfәn. Sizә soruşmaq lazımdı axı.

Özüm bilә-bilә “lazımdı”nı vurğulayıram. Onlarsa guya bunu
eşitmir, qulaqardına vururlar. Roman Vladimiroviç birdәn soruşur:

– Rәhmәtlik arvadınızın da haradasa Miqulinlә әlaqәsi vardı?
Bu dәfә mәn onun içindәn keçәnlәri göydә qapdım. Şübhә
yerim qalmadı.
– Yox, – deyirәm, – әzizim, sәhv elәyirsiz.
– Bәs siz özünüz, Pavel Yevqrafoviç, hiss elәmirsiniz ki, –
burnunun üstündәn barmağıyla gözlüyünü yuxarı qaldırdı, sanki
bәbәklәri irәli pırtladı, – bәlkә, heç özünüz belә bilmәdәn, cüzi
dә olsa, Miqulinin xatirәsi önündә günahkarsız?
– Günahkaram? – tәәccüblә soruşuram. Onun hara vurduğunu
duyuram. Düz ürәyimdәn vurdu әclaf. Niyә soruşur, görәn?
Bütün canım üzülür elә bil, heydәn düşüb susuram.
O, üzr istәyir, cәld ayağa qalxıb, әllәrini sinәsinә basır, mәnsә
tez o biri otağa keçib nәyә görәsә köhnә, qalayı gedib paxırı
çıxmış bir çaydanla geri döndüm.
– Yox, әziz doktor. Onun önündә özümü günahkar saymıram.
Qalan hamının önündә – hәm dә sizin önünüzdә – hә, günahkaram...
– Günahınız nәdi, Pavel Yevqrafoviç?
Bacardığım qәdәr başa saldım: “günahım ondadı ki, – dedim, –
hәqiqәti bölüşmәmişәm. Özümçün qoruyub saxlamışam. Hәqiqәt
isә, mәncә, әziz tibb elimlәri namizәdi, o zaman dәyәrli olur ki,
ona hamının әli çatır. Yox, әgәr o, Şeylokun qızılı kimi, tәkcә
sәnin yastığının altındadırsa, onda tfu, – heç o, tüpürcәyә dә
dәymir. Bax buna görә yaşlı çağımda әzab çәkirәm ki, vaxtım
qalmayıb”.

224
   219   220   221   222   223   224   225   226   227   228   229