Page 227 - Yuri Trifonov
P. 227
Qoca
nundan asıb. Qәribә olan odur ki, heç bir hәyәcan-filan keçirmirәm!
Nәsә öyrәnmәkdәn ötrü sadәcә onu tez görmәk istәyirәm, lap
tez. İnsan ehtirasla yaşayır, haçansa sevgi umub, uğur, böyük iş-
lәr, yaxınlarının rifahını arzulayıb, indi isә tәk bircә şeydәn –
öyrәnmәkdәn başqa heç nә istәmir. Son istәyi budur. Pәrvәrdigara,
axı Asyadan nәyi öyrәnәcәm? Nә barәdә soruşacam?
Liftdәn әlif qoxusu gәlir. On ikinci mәrtәbәnin meydançasında
dayanıb aşağı baxıram. Şam ağacları, evlәrin damları, çirkli qar,
o tayında iynәyarpaqlı meşәlәr, maviliklәr uzanan döngәdә
parıldayan çay... Qәdim boyalarla işlәnmiş bu cür rәsmlәr var,
onları yeraltı sәrdabәlәrdәn tapırlar, amma elәcә toxunmağını
görürsәn, әl vuran kimi ovulub-tökülür... İndi ürәk dә elәcә –
hәyәcandan, qorxudan sancmır ki, birdәn toxunsam, hәr şey puç
olub gedәr, nәyisә öyrәnәcәyimin yaşantısından sancır...
Mәni sәhvәn hәkim hesab edirlәr. Bircә anlığa mәnasız şeylәr
baş verir: “buraya keçin, buyurun әl-üz dәsmalını...” İçindә
qiymәtli şeylәrim olan portfelimi әlimdәn dartıb alır, harasa
aparmaq istәyirlәr, amma buna aman vermirәm. Deyirәm: “mәnә
su verin, dәrman qәbul etmәliyәm”. Elә bu çaxnaşmanın qızğın
çağında bәstәboy, bәyaz birçәkli bir qarı qәfil qapıda peyda oldu,
beli tamam әyilmişdi, yaman günә qalmışdı, tamam çәlimsiz idi,
dәrisi qırış-qırış, yaşıla çalırdı, mavi, tanış gözlәrindәn isә Asya
olduğu bilinirdi vә bu gözlәrdәn dәhşәt saçılırdı. Әtrafda
xoşbәxtcәsinә pıçıldaşır, sәslәr yayılırdı, budaq kimi yüngül
qollar mәni qucaqlayır. Dәrhal da hәr şey barәdә, bütün zamanlar,
ötüb keçmiş әlli beş il haqda söhbәt açılır. Vә әn başlıcası,
öyrәnib-bilmәyimin son dәrәcә vacib olduğu bir hadisә barәdә
sözә başlayırıq. Mәsәlә belәdi: o zaman nәdәn Miqulin cәbhәyә
soxulurdu? On doqquzun avqustunda. Asya mütlәq bilmәlidi.
Dünyada bunu indi bir kimsә bilmir, ondan başqa heç kәs
qalmayıb. Mumiyalanmışa oxşayan qarı parıltılı gözlәriylә üzümә
baxır, qәribә bir tәrzdә kirpik çalır, göz vurur. “Sәninçün bilmәk
vacibdi?” – “Bәs nә! Çox, çox vacibdi!” – “Hә... belә... başa
düşürәm...” O, rәğbәtlә başını yırğalayır. Vә gözlәriylә işarә
vermәkdә davam elәyir, gülümsәyirmiş kimi dodaqları sirli-sirli
qırışır. “Pavel, sәni çox yaxşı xatırlayıram, әzizim...”
227