Page 226 - Yuri Trifonov
P. 226
i Trifonov
qaçışan uşaqlara, bağ evlәrinin eyvanlarına, hasarlara, tünlükdә
qaralan ağaclara, dumanlı çәmәnlәrә, qum tәpәliyindә oturmuş
ağ rәngli itә baxmaq çox maraqlıdı; vә yenә ağlı-bozlu, nәhәng
bloklu, adsız, görünmәmiş, heybәtli, üfüqlәrәcәn uzanan evlәr,
evlәr, evlәr... Dondurmasatan bir qadın vaqonları dolaşır. Mәn
vaflili bir dondurma alıram. Düzü, heç elә dә könlüm istәmir,
sadәcә әtrafımda hamı alıb yediyi üçün mәn dә dәstәdәn geri
qalmıram; haçansa, uşaq vaxtı Siverskdәki bağda biz finlәrin
bostanından oğurladığımız yerkökünü dә belәcә yeyәrdik. Mәn
Siverskә qayıdıram. Qaralmış yaş hasarlar, toran göy üzü – bu,
noyabr ayında bir günün günortaçağıdı, yoxsa bәyaz iyun gecәsi?
Mәn şәhәrәtrafı qatarla qayıdıram. Piterdә hәr şey qarma-qarışıqdı,
hәr gecә atışmadı, anam mәnә axşam qatarıyla yalqız getmәyimi
qadağan edib, bu yaxınlarda bütöv bir vaqonda soyğunçuluq baş
verib. “Әgәr şәhәrdә lәngisәn, yaxşısı budur, evdә gecәlә, sәhәr
qayıt”. Amma gözlәmәyә sәbir yoxdu! Arzulayıram ki, barı gecә
dә olsa, ikinci mәrtәbәsindә Asyanın otağının hәmişә yarıaçıq
pәncәrәsindә pәrdәlәri canlı kimi tәrpәnәn bağ evinin yanından
yay toranlığında tәlәsik keçim gedim. Bәyaz göy üzü aynalarda
yanır. Asya yatır vә bilmir ki, mәn qumlu yolla yanlarından ötüb
keçirәm. Amma sәhәri günü sabah-sabah ona rast gәlirәm. Bax,
buna görә Piterdә qala bilmirәm. Vaflili dondurma yemәli deyil.
Mәnim haçansa, Siverskdәn öncәki vaxtlarda sevdiyim buz dadı
gәlir ondan. Günorta çağı avtobus mәni tanımadığım bir şәhәrә
gәtirir.
Hansısa adamlar mәni beton plitә döşәnmiş sәkiylә müşayiәt
edir. Plitәlәrin aralıqlarında mamırlar qaralır. Qoluma girib
aparırlar, sanki mәn düz yerdә yıxılan kömәksiz bir qocayam.
Plitәlәr yaşdı, bәzi yerlәrdә әrimәmiş qar, buz parçaları qalıb,
adamın ayağı sürüşә bilәr, amma mәn ehtiyatla gedirәm. Mәni
saxlamaq lazım deyil. Götürәndә, mәn hәlә babatam, lap betәr
qocalar da var. “Bax, oradı!” – deyәn qadın şam ağaclarının ara-
sından görünәn hündür binanı göstәrir. On iki mәrtәbәli qüllә.
Qadın mağazaya girib görünmәz olur. Oradan әllәrindә pivә
parçları tutmuş adamlar çıxır. Bәzilәri parçları üç-üç, dörd-dörd
aparır. Bir nәfәr parçları lap boyunbağı kimi zәncirә düzüb, boy-
226