Page 230 - Yuri Trifonov
P. 230
i Trifonov

boyunduruğa salmağa, müti qula çevirmәyә cәhd edirdilәr, әslindә
isә tamamilә bәraәt almışdı, Don İcraiyyә Komitәsinin torpaq
şöbәsindә işlәyirdi, sonra alay, briqada başçılığına keçdi, cәnubda
cәsurluq göstәrib güc topladı, Manıçda yüngül sıxıntı keçirdi,
yubandı, Novoçerkasskda vurnuxdu, buzlaq açılmışdı, bәrәylә
keçmәk ölümә bәrabәr idi, bu yandan da bilәrәkdәn Şiqontsevi –
tamam gicin birini göndәrirlәr, o, kor vә qızdırmalı dünyagörüşüylә
Miqulini yorulmadan, tәşәxxüslә guya mәhz özünә mәxsus olan
inqilabi iradәsinә tabe etmәyә çalışırdı, özü öz başına bәla açdı,
bir gecә onu öldürdülәr, pis bişirilmiş kömbәyә oxşayan başına
güllә çaxdılar, sәhәri günü meyiti sahibsiz bir atın belindә gәlib
çıxdı, öldürәnin kimliyi heç vaxt bilinmәyәcәkdi, o, yoxa çıxmışdı,
dünya adlı dәryanın dibinә çökmüşdü, yox, elә düşünmәyin ki,
hәr şey hökmәn üzә çıxır, nәlәrinsә qeyb olmağı da var, qatilә әl
çatmadı, axtarıb tapa bilmәdilәr, amma Miqulini öldürmәyә dә
müyәssәr olmadılar, Cәbhә İnqilab tribunalının komissiyası
bundan ötrü dәlil tapa bilmәdi, yenә o at belindә Blyuxer vә
Budyonnıyla birgә Frunze qoşunlarıyla Vrangelә hәmlәlәr edirdi.
Voinka, Djankoy stansiyaları, Perekop, fәxri silah, Qızıl Bayraq
ordeni... vә birdәn qışda, soyuq otaqda lampa işığında qәzetdәn
üçcә sәtirlik bir xәbәr oxuyuram: әks-inqilabi sui-qәsddә iştirakına
görә keçmiş korpus komandiri hәbs edilib. İyirminci ilin fevral
ayı, Rostovda aclıq vaxtları, mәn müalicә olunuram, axsayıram,
әziyyәt çәkirәm, hamını qeyb etmişәm, Müsadirә komissiyasında
xidmәtdәyәm, pәrvәrdigara, o qışı yaxşı xatırlayıram, kağızlar,
şikayәtlәr, atışmalar, türk tәbәәsindәn olan Kifarov, müsadirәçilәr,
ağlaşan qarılar, biz, bulvarda stol üstündәn alver edәn xırda tica-
rәtçilәr, bәyan etmәyә cәsarәtimiz çatır ki, alverçi deyilik, mal
gizlәtmirik, aldıqlarımız stolun üstündәdi, bununla belә, agent
gәlib müsadirә üçün bizdәn yaramaz bir şey qeydә aldı, bu şәkil-
dә ki, mәn cәbhәdәn dönmüşәm vә rabitә xidmәtindә komissar
işlәyirәm, xahiş edirәm bir çarpayı müsadirә etmәyә icazә verәsiz,
çarpayı ağların bandasına qaçıb sığınan bir artistin olub; xahişә
gәlәnlәri, әrizә verәnlәri, әlillәri, fağır insanları, bәdbәxt yetimlәri,
namuslu zәhmәt adamlarını, Sovet hakimiyyәti aşiqlәrini atıb
Asyanı götürmәk üçün korpus komandirinin ikinci gündü ki,

230
   225   226   227   228   229   230   231   232   233   234   235