Page 232 - Yuri Trifonov
P. 232
i Trifonov

gedәn kimi, ilk növbәdә, Leninin qәbuluna girәcәyәm, sizin
yaramazlıqlarınız haqda söhbәt açacağam”. Nümayәndәlәr bәrk
qorxmuşdular, hansısa Skobinenko soyadlı bir araqarışdıranı
calamışdılar onların yaxasına. O isә, görünür, çoxdan Sergey
Kirilloviçi izlәyirmiş. Hәmin әclafın heyvan sifәtinә oxşayan
üzü indi dә gözümün qabağındadı: yekәdodaq, toppuşsifәt,
qıvrımsaç birisiydi. Miqulin nә çığırırdısa (o isә ağzına gәlәni
çığıra bilәrdi!), hamısını Skobinenko yadında saxlayıb qeyd
edirdi. Bәs mәqsәdi nәydi? Mәsәlә ondaydı ki, tezliklә hamının
qәbul etdiyi bir nәticәyә gәldilәr: әrzaq tәdarükü siyasәti әrzaq
vergisiylә әvәzlәndi. Vә üçüncü gün dan üzü qәrara gәlib daxmanı
mühasirәyә aldılar, silahların qundağıyla qapını döymәyә başladılar.

“Asya, mәnә bir mәsәlә aydın deyil vә bir şey barәdә soruş-
maq istәyirәm: on doqquzun avqustunda o hara üz tutmuşdu? Vә
istәdiyi nә idi?” Qarı susur, yadına salaraq, düşüncәli-düşüncәli
başını tәrpәdir. Mavi gözlәrinin pәrvanә qanadı kimi solğun qa-
paqları titrәyib örtülür... Xeyli susduqdan sonra hәr şeyi xatırlayaraq
deyir:

“Eşit cavabımı, öz uzun vә usandırıcı ömrümdә heç kimi
belә sevmәmişәm...”

Qocanın ölümündәn bir il sonra isә universitet aspirantı İqor
Vyaçeslavoviç peyda oldu. O, Miqulin haqda dissertasiya yazırdı.
Pavel Yevqrafoviç sağ olanda bu aspirant onunla yazışırdı, hәtta
Rostovdan zәng dә elәmişdi, indi isә qocanın toplamış olduğu
bütün xatirәlәri vә sәnәdlәri arzulayırdı. İstәdiklәrini Ruslan ona
tәqdim etdi. İqor Vyaçeslavoviç Ruslanın xoşuna gәlirdi. Onlar
sәhәr saat dördәcәn oturub araq içdilәr, inqilab barәdә, bolşeviklәr,
könüllülәr, çekistlәr, general Kornilov, Markize de Kyustine,
kazaklar, Böyük Pyotr, çar İvan haqda söhbәt etdilәr; hәqiqәtin
mövcud olması, xalq sevgisi, Miqulinin öz taleyindәn qaça
bilmәmәsi barәdә danışdılar, dedilәr ki, heç bir sui-qәsd baş
vermәyibmiş vә o, heç nәdәn hәlak olubmuş, elәcә dә, bitki
mәhsulları, neft vә kәtan barәdә fikir söylәdilәr; sәhәrisi gün
küçәyә çıxanda, – İqor Vyaçeslavoviç vağzala tәlәsirdi – qәfil bir
leysan tökdü, dolu yağdı, hava soyudu, taksi dayanacağından
qaçıb evin tağı altına girdilәr, axşamkı içkinin tәsirindәn hәlә

232
   227   228   229   230   231   232   233   234   235   236   237