Page 237 - Yuri Trifonov
P. 237
Göbələkli payız

onu aldadır. O isә bütün bunları bilir vә dözür. Qoy o, sabah
gәlsin, bu gün gәrәk deyil. Bu gün tәkcә Volodya olsun burda.
Volodyadan başqa, heç kimi görmәk istәmirәm. İlahi, kaş evdә
olaydı, Levinin yanına şahmat oynamağa getmәyәydi!

Boz-bulanıq külәkli hava Nadyanı şose yolunda alıb aparırdı.
O, stansiyaya qaçırdı ki, Moskvaya zәng elәsin. Qarşı tәrәfdәn
qatardan düşmüş insanlar gәlirdi, әllәrindә dolu çantalar, bağlamalar,
portfellәr... Onlar sanki asta-asta yerimәyin vә yorğunluğun
mümkün olduğu özgә bir dünyanın adamlarıydı. Bәzilәri Nadyaya
heyrәtlә baxırdı. Onun üzündә insanları baxmağa vadar edәn
nәsә bir әlamәt vardı: bәlkә dә, bu, dodaqlarının tәrpәndiyinә
görәydi.

O, hәmin an bircә şey fikirlәşirdi: birdәn Volodya evdә
olmaz. Küsüşdüklәri vaxtlarda hәmişә evdәn çıxıb futbola vә ya
Levinlә şahmat oynamağa gedәrdi. Nadya buna әmin idi. Başqa
heç nә ola bilmәzdi. Barışanda isә Nadya gizli, üzücü bir qorxu
içindә, nisgillә soruşurdu: “Cavan oğlan, dünәn harda olduğunuzu
deyәrsizmi? Söylәyin görüm, yenә Levinlә şahmat oynayırdınız?” –
“Şahmat nәdir?! – deyirdi o. – Biz qızlarla birgәydik. Gözәl vaxt
keçirdik.” İçindә elә bil nәsә qırılırdı vә buz bağlayırdı, әslindә
Nadya dәqiq bilirdi ki, bu, zarafatdı – bayağı, şit bir zarafat.
Amma özüylә bacara bilmirdi. Volodya hәmin an dәrhal onu
öpmәyә çalışırdı, o isә gözlәrini qapayıb, üzünü yana çevirirdi.
Volodyanın münasibәti ona toxunanda, şüurunda nәsә baş verirdi,
beyni dumanlanırdı, o, yumor hissini itirir, tәmiz keylәşirdi.
Lәnәtә gәlmiş bağ evi! Hәlә mayda kirayәlәmәyә gәlәndә, bura
onun xoşuna gәlmәmişdi – yaraşıqsız, görkәmsiz bir yerdi, ev
sahibәsi isә qaşqabaqlı vә acıdilin birisidi. Eyvanla birlikdә iki
otağa üç yüz әlli rubl istәyirdi, amma hәm anası, hәm dә Volodya
buranı kirayәlәmәkdә israrlıydılar, çünki stansiyaya yaxın idi vә
ev sahibәsi oktyabra qәdәr cәnuba çıxıb gedirdi, hәm dә ev ax-
tarmaq bezdirmişdi, anası üçünsә әn әsası bazarın yaxınlıqda ol-
masıydı. Buranın nifrin bir yer olması isә Nadyanın ürәyinә
dammışdı. Demәk olar ki, onlar Volodya ilә orada yaşamırdılar:
bir hәftәlik әrzaq gәtirib yoxa çıxırdılar vә anası evi tәkcә idarә
edirdi. Axşamlar hәr yerdәn isti olan mәtbәxdә uşaqlarla kart oy-

237
   232   233   234   235   236   237   238   239   240   241   242