Page 240 - Yuri Trifonov
P. 240
i Trifonov

ala bilmәz. “Larisa da ötәn il belәcә o dünyanı görüb qayıtdı –
xatırladı birdәn. – İndi isә Moskvanı gәzib özünә payız paltosu
axtarır”. Dәrdini yumşaltmaq üçün elә bil bilәrәkdәn ağlına gәlәn
bu alçaq fikri düşüncәsindә nә qәdәr qarışdırsa da, nәticәsiz
oldu. Elә bir şey yox idi ki, Nadya bu an bütün ruhu, varlığı, boş
vә bәdbәxt ürәyi ilә onu rәdd edә bilmәsin.

Volodya Levinlә birgә saat on iki radәlәrindә gәldi. Göründüyü
kimi, onlar әlüstü-atüstü hardasa içmişdilәr: Volodya onu öpәndә
Nadya arağın qoxusunu duydu. Levin dә Volodya işlәyәn elmi-tәd-
qiqat institutunda, amma ayrı laboratoriyada çalışırdı. Nadya onu
çox da sevmirdi, düşünürdü ki, bu adam Volodyanı yoldan çıxarır.
Düzdür, belә bir tәsir göstәrmәk üçün әsas yoxuydu, amma nә-
zәri cәhәtdәn ola bilәrdi: Levin subay idi, Volodya isә özgә tәsiri
altına asanlıqla, tez düşәn birisiydi.

Levini görüncә Nadya ilk dәqiqәlәrdә buna ağrılı yanaşdı, amma
sonra әhәmiyyәt vermәdi. Levin daz başından beretini çıxarıb
Nadyanın әlini öpdü, dodaqları altında mızıldanaraq başsağlığı verdi,
günahkarı Volodya olan bu sәfәri üçün üzr istәdi. Onun balaca, qonur
gözlәri hәmişәki kimi parıldadı.

– Bәlkә, nәsә xeyrim dәyәr – Levin dedi. – Harasa getmәk,
nәsә gәtirmәk lazımdı, bәlkә? Yox? Lazım deyil? Hәr şeyi
bilirәm, әzizim, hәr şeyi başa düşürәm. Son vaxtlar mәnim
özümün nә qәdәr itkilәrim olub... – O, köynәyinin qolunu düzәltdi,
iri әlini uzadıb, yoğun, kobud barmaqlarını qatlaya-qatlaya
sadalamağa başladı. – Altmış beşin әvvәlindә anam. Hәmin ilin
iyulunda doğmaca әmim. Bir hәftә keçmәmiş nәnәm. Tәsәvvür
edirsinizmi? Bağışlayın, krematoriya1 doğma evimә çevrilmişdi
az qala. Ötәn il isә mәktәb illәrindәn bәri oturub-durduğum
köhnә dostum köçdü dünyadan. Tezyayılan xәrçәng apardı onu
vә heç nә etmәk mümkün olmadı! Gözәl oğlan idi, ailәsi, körpәcә
uşaqları vardı. İstedadlı biokimyaçıydı. Vә puç ol-du get-di! Bәs
anam necә öldü, bilirsiz? Eynәn o cür – dәhşәtlә. On ay zülm
çәkdi. Kimsә deyib: “Tanrıdan rahat ömür dilәdim, amma asan
ölüm dilәyәydim gәrәk”. İndi bir şeyi deyin mәnә, siz meyiti

1krematoriya – meyit yandırılan yer (tərc.)

240
   235   236   237   238   239   240   241   242   243   244   245