Page 241 - Yuri Trifonov
P. 241
Göbələkli payız

burdan götürәcәksiniz, yoxsa şәhәrdәki mәnzilinizdәn? Mәslәhәt
edirәm, burdan götürün. Birincisi, iki dәfә maşın sifariş elәmәk
lazım gәlmәyәcәk. İkincisi, mәrhumun nәşini yuxarı qaldırıb,
aşağı düşürmәklә nәyә görә artıq hәyәcan keçirәsiz axı? Sonra:
ölümü tәsdiqlәyәn bağlar üzrә sahә hәkiminin dediklәri boş
şeydi, siz rәsmi hәkim çağırmalısınız, o, rәy yazmalıdı, özü dә
lap indi çağırmalısız, belәdә sabah hәrәkәt etmәyiniz çәtin ol-
mayacaq. Amma qәrar vermәlisiz: cәnazә burdanmı, yoxsa
şәhәrdәki mәnzildәnmi götürülәcәk?

Nadya Levinә baxırdı, sualı eşitmirdi sanki. Durub yaxınlıqdakı
qaranlıq otağa keçdi. Volodya da ardınca. Qaranlıqda o, Nadyanı
qucaqladı, otağın ortasında bir neçә dәqiqә belәcә qucaqlaşmış
halda durdular.

– Onun dediklәrindәn heç nә başa düşmürәm... – Nadya
pıçıltılı, kәsik-kәsik sәslә dedi. Elә bil canına titrәtmә düşmüşdü.

– Yaxşı. İndi heç nә haqda fikirlәşmә. – O, bir әliylә Nadyanı
qucaqlayıb, o biriylә kürәyinә sığal çәkirdi.

Nadya ona qısılmışdı. Toxtamaq bilmirdi, dişi dişinә dәyirdi.
Әsmәcә düşәn bәdәnindә onun nәvazişlә sığal çәkәn güclü әlini
hiss edirdi. Elә bil hәmin qarma-qarışıq fırtına onu ağuşuna alıb
içini doldururdu, yәqin ki, bu, sevgiydi, amma belәsini heç vaxt
duymamışdı: bәlkә dә, bu, hәyat eşqiydi vә ya ölüm sevgisiydi,
bәlkә dә, özünә aşiqlik idi.

Levinin çәkmәlәrini cırıldada-cırıldada mәtbәxdә necә gәzişdiyi
eşidilirdi. O, stulun yerini dәyişmәk üçün sürüşdürdükdә, nәsә
düşdü.

– Yeri gәlmişkәn, maşını da sәhәr tezdәn sifariş elәmәk
lazımdı – onun sәsi mәtbәxdәn eşidildi. – Orada hәmişә növbәdi.
Özü dә ancaq Smolenskә sifariş edin.

Volodya әlini saxladı:
– Mәn axmaq, onu niyә gәtirdim axı? – pıçıldadı.
– Eybi yoxdu. Neynәk...
Uşaqlar yuxarıda – Vera İqnatyevnagildә yatmışdılar... Gecә
saat üçdә Nadya soyundu, yuxu dәrmanı qәbul edәrәk yatağa
uzandı. Levin burada da yekәxanalıq elәdi. “O nә dәrmandı elә?
Bәri verin! – deyә az qala zorla Nadyanın әlindәn hәblәri aldı. –

241
   236   237   238   239   240   241   242   243   244   245   246