Page 239 - Yuri Trifonov
P. 239
Göbələkli payız
olacaq? Necә yaşayacaqlar? Birdәn Nadyanı qorxu bürüdü: o,
uşaqları Vera İqnatyevnanın yanında qoymuşdu, qarı sәhlәnkarın,
huşsuzun biriydi, balkonları da açıq idi. Frosya xalanın telefonu
isә mәşğuluydu.
Nadya binanın teleqramlar qәbul olunan o biri başına qaçdı.
Petrozavodska qardaşı Yuraya tәcili teleqram göndәrdi. Sonra
qayıtdı, dәrhal onu Moskvayla calaşdırdılar, amma Frosya xalayla
deyil, Larisayla, әn yaxın rәfiqәsiylә. Larisa anasını il yarım
öncә itirmişdi, o, dәrhal nә etmәk barәdә danışdı: “Mütlәq özün-
çün bu gecәlik yuxu dәrmanı al. Sabah çox ağır günün olacaq”.
Nadya fikirlәşdi: sabah? Nәhayәt, Frosya xalanın nömrәsini
calaşdırdılar. Nadya bilmirdi ki, sakitmi danışır, yoxsa qışqırırmı?
Kabinadan çıxanda, ona tanımadığı bir qadın yaxınlaşdı, birbaşa
gözlәrinin içinә baxaraq sakitcә dedi: “Möhkәm durmaq lazımdı!
Sәbirli olmaq lazımdı!” Yәqin, Nadya qışqırırmış.
Poçta qaçaraq gәlәndә şüurunda tәkcә bir cümlә hәkk olmuşdu:
“Mәni tәcili Moskvayla calaşdırın, insan ölüb!” Niyә “ana” yox,
mәhz “insan” deyirdi? Bu ifadәni, hәtta bu cür işlәtsә dә, sәsinin
qırılmadığına, dizlәrinin titrәyib qatlanmadığına, sakitcә dayanıb
telefonçu qıza bir rubl pul uzadıb, sonra da qalığını aldığına görә
onu dәhşәt bürüdü.
Küçә qaranlıq idi. Nadya yolun o biri tәrәfinә keçdi, aptek
qәsәbәnin başqa sәmtindәydi. Kababxanadan iki nәfәr çıxdı.
Birinin sinәsindәn әtrafa musiqi sәdaları yayan әl radioqәbuledicisi
asılmışdı. Nadya aydın bir surәtdә düşündü: “Bu, Motsartdı”.
Bir dә fikirlәşdi: “O, çoxdan ölüb”. Nadya yanından keçәndә ra-
diolu adam onun әlindәn yapışmaq istәdi vә çağırdı: “Ey, gözәlçә!”
Nadya çevrilib qaçdı. O, arxada Motsartın musiqisini vә söyüş
eşidirdi, onların ikisi dә sәrxoş idi, ayaq üstә güclә dururdular.
Aptekdәn damcı dәrmanı, valokardin vә yuxugәtirәn hәb istәdi.
Tövşüyürdü, ürәyi möhkәm vururdu, valokardin qәbul edib, iki
dәqiqә stulda oturdu. Düşündü ki, bu vaxta kimi zülm çәkdiyi
bütün xәstәliklәri, tosqunluğu, hipertoniyası indi tәkcә onun özü-
nә әzab verәcәk. Amma bunlara görә keçirdiyi, bir növ vәrdiş et-
diyi qorxu artıq yoxa çıxmışdı: düşündü ki, elә burada aptekdәcә
hәyatla asanca vidalaşa bilәr. Heç nә, hәtta uşaqları belә qarşısını
239