Page 244 - Yuri Trifonov
P. 244
i Trifonov
ayrıca cәrgәyә düzüb qayda yaratdığı, küncünә isә kağız salfetlәri
çinlәdiyi o siyirmәni xәyalında canlandırdı. Nadya qaranlıqda
oturub, gözlәrini yumaraq bütün mәtbәxi, orada olan hәr şeyi –
çex istehsalı olan böyük dolabın geniş rәflәrini bircә-bircә gözü
önündәn keçirirdi: aşağıda, sağdakı bölümdә qazanlar, sürtgәc,
çuqun saplıca, anasına da öz anasından qalmış hәvәngdәstә vardı;
soldakı bölümdә isә cürbәcür әdviyyatlar, davacatlar, paketlәrdә
dәrman bitkilәri, moruq qurusu, qurudulmuş kasnı kökü, sodayla
dolu şüşә bәrnilәr yerlәşirdi. Burada anasının qoruduğu, sәliqәylә
bürmәlәnmiş ip dә vardı, buna görә Nadya anasını Plyuşkina
adlandırırdı. Elә oradaca, anasının öz әllәriylә yuyub yığdığı, nә
üçünsә burada gizlәyib-saxladığı boş yarımlitrlik bankalar, mayo-
nez vә xama qabları da yer alırdı. Hәr şey olduğu kimi qalırdı.
Masanın üstündә, ütü çәkmәk üçün qoyulmuş lövhәnin böyründә
qalaq-qalaq yığılmış, yay әrzindә saralmağa macal tapmış qәzetlәr
vardı. Tünd- qırmızı çit önlük hәmişәki kimi әlüzyuyanın yanında
saxsı qarmaqdan asılıb.
Amma yox, yox, yox... O, nә vanna otağındadı, nә dәhlizdә.
Bağda da yoxdu. Bu lәnәtәgәlmiş bağ evindә otaqlar qaranlıq,
hamısı da bağlı, taxta artırmanı yağış döyәclәyir. Heç yerdә
yoxdu, heç yerdә, heç yerdә...
Mәtbәxdә stulları tәrpәtdilәr, döşәmә sәs elәdi. Kimsә getdi.
Nadya ehtiyatla yerindәn qalxıb pәncәlәri üstә otaqdan çıxdı.
Levin vә Larisa artıq dәhlizdәydilәr. Nadya onların yanından
keçdi, Larisa nәvazişlә pıçıldadı: “Necә oldu, uşaqlar yatdımı?”
vә Nadyanın boynundan öpdü. İşıqdan gözlәrini qıyan Nadya
mәtbәxә girdi. O, dәrhal Volodyanın yuxulu, kirpiklәri qızarmış,
әzab dolu gözlәrini gördü. Anladı ki, qәdәrindәn çox içib, ona
heç dә qolay deyil, darıxır, amma ev sahibinә yaraşan tәrzdә
qonaqlarla söhbәt elәmәkdә davam edir. Söhbәt artıq telepatiyadan
göbәlәyә gәlib çıxıb. Göbәlәk ili olduğu üçün bu payız hamısı
ona aludә olub.
Zina salat boşqabını Nadyanın qarşısına qoydu: “Yeyin, Nad-
ya. Sizin gücünüz olmalıdı”. Volodya ona araq süzdü. Әlini
Nadyanın enli kürәyinә qoydu. Volodya ona toxunanda Nadyanın
xoşu gәlirdi. Amma indi onun hisslәri korşalmışdı. Kürәyindәki
244