Page 247 - Yuri Trifonov
P. 247
Göbələkli payız
Gecәyarısı ayıldı. Volodya böyründә yatmışdı. Hamı getmişdi.
Nadya qalxdı, güzgüdә özünә baxmaq üçün ayağı ayağına dolaşa-
dolaşa dәhlizә çıxdı, oradan isә mәtbәxә keçdi. Bulaşıq boşqabları
çanağın içinә yığmışdılar. Divar saatının әqrәblәri üçü göstәrirdi.
Nadya isti su kranını açdı, krandan asılmış kapron corab parçasından
olan bürmәlәnmiş әsgini götürüb sabunladı vә qab-qacağı yumağa
girişdi.
Növbәti gün – cümә axşamı Nadya işә çıxmalıydı. O, kәndli
zastavası zavodunda çalışırdı, metro vә avtobusla işә bir saat
iyirmi dәqiqәlik yolu vardı, adәtәn, evdәn yeddinin yarısında
çıxırdı. Amma cümә axşamı Texniki İstehsalat şöbәsinin
rәhbәrliyiylә telefonla danışıb razılığa gәlmişdi ki, işә saat onda
gәlәcәk, çünki uşaqları bağçaya yerlәşdirmәk lazımdı. 4 nömrәli
Mәnzil İstismar İdarәsinin “Qaranquş” uşaq bağçası әn yaxında
olanıydı, trolleybusla bircә dayanacaqlıq mәsafәydi, lazım gәlsә,
piyada da getmәk olardı. Deyirdilәr ki, orada uşaqlar tez-tez xәs-
tәlәnir. Amma çıxış yolu yoxuydu. İşdә Nadyanın dәrdinә hәrә
bir cür şәrik oldu. Qarderobçu tanış qarı: “Başın sağ olsun!” – dedi.
Bәzilәri onu öpdü, Nadya, hәtta bir anlığa yaşaran gözlәr dә
gördü, digәrlәri susaraq sadәcә әlini sıxdılar. Bir başqaları isә adi
vaxtlardakından fәrqli, diqqәtlә onun gözlәrinin içinә baxır, sanki
nәsә anlamağa çalışırdılar. Adamların bir qismi özlәrini elә apa-
rırdı, guya Nadyanın hәyatında heç nә baş vermәyib. Bir qadın
isә dedi ki, bu günlәr әrzindә Nadya xeyli arıqlayıb vә ona belә
daha yaxşıdı.
247