Page 252 - Yuri Trifonov
P. 252
i Trifonov
Bütün bunları Sergey İvanoviç özlüyündә düşünürdü, amma
cınqırını da çıxarmadı. Klavdiya Nikiforovna qadına olduqca
nәzakәtli vә ağıllı cavab verdi. Dedi ki, şagirdә dәrslәrini hökmәn
eyvanda hazırlamaq vacib deyil, әgәr fikri dәrsindә olsa vә onları
daşa basmasa, göyәrçinlәrdәn narahatlıq gәlә bilmәz. Әlbәttә,
indi, deyilәnә görә, şagirdlәrin qayğıları çoxdu. Tanrıya şükür,
ikisini böyütmüşәm, nәvәm dә artıq üçüncü sinfә gedir, Murmanskda
yaşayır. Deyilәnә görә, indi oxumaq halva deyil. İstәr Moskva,
istәrsә dә hara olur-olsun. Uşaqlardan çox şey tәlәb edirlәr...
Morqunova söhbәt etmәyә vaxtı olmadığı üçün tәәssüflәndiyini,
iş dalınca gedәsi olduğunu bildirdi. Gethagetdә isә tәkrarladı:
– Siz, lütfәn, quşlarınızı burdan yığışdırın. Bu, bizim şәrtsiz-
filansız xahişimizdi. Yoxsa әrim ictimai tәşkilatlara müraciәt
etmәk istәyir.
O, mehribanlıqla gülümsünüb getdi.
Sergey İvanoviç vә Klavdiya Nikiforovna, Morqunovanın
son sözlәrindәn bir qәdәr karıxdılar, amma götür-qoy edib bütün
bunların әhәmiyyәtsiz, boş şeylәr olduğu qәrarına gәldilәr. Diribaş
qadın Mariya Alekseyevna isә (on bir il eyni yerdә – “Qastronom”da
kassir işlәmişdi) dedi ki, Morqunovanı tanımasa da, ötәn il onun,
evindә Daşa adlı axsaq bir qulluqçu saxladığını, indisә hәmin
qadının tәrәvәz dükanının yanında, bir professorun evindә
işlәdiyini bilir. Mariya Alekseyevna hәmin Daşayla kimyәvi
tәmizlәmә sexindә tanış olub vә o, Morqunova barәdә olmazın
şeylәr danışıb: deyir, heç nәdәn әrini döyür, әri dә onu cәzasız
buraxmır. Hәr şәnbә onların qonağı olur, içki mәclisi, alәmi
bürüyәn musiqi sәsi... o qәdәr hay-küy salırlar ki, qonşular divarı
döyüb şikayәt edir. Yәni indi Morqunova artıq-әskik danışsa,
onun da barәsindә demәyә söz var. Uzaqbaşı hәmin Daşanı
axtarıb tapmaq olar, tәrәvәz dükanının yanındakı binada olur vә
onu hamı tanıyır; axsaqdı, nәzәri cәlb edәndi.
Sofiya Leopoldovna da qәzәblәnmişdi, hirsindәn partlayırdı:
– Hәyasızlığa baxın! Fikir verin bir! Klavdiya Nikiforovna,
sizin yerinizә olsaydım, onun cavabını yaxşıca verәrdim!
Sergey İvanoviç әlini yellәyib otağa keçdi. Pәncәrәdәn baxıb
Vasili Potapoviçi gördü: o, divarın dibindә yerә bәrkidilmiş taxta
stola sarı addımlayırdı, orada isә artıq qoca Kolesov vә cavan
oğlan – hiylәgәr vә simic Mişanya Jabin uşaqların әhatәsindә
oturmuşdu; bazar günü domino çırpmağa yığışmışdılar. Sergey
252