Page 254 - Yuri Trifonov
P. 254
i Trifonov
Bu hadisәdәn bir-iki gün keçәndәn sonra Evlәr Komitәsinin
üzvü Brıkin gәldi. Binada hamı Brıkini – istefada olan bu polkov-
niki yaxşı tanıyırdı: sәhәrdәn-axşamacan hәyәtdә dolaşır, qayda-
qanuna nәzarәt edir, süpürgәçilәri işlәdir, ya da Evlәr İdarәsindә
oturub ictimai işçi kimi çilingәrlәrә vә su xәtti çәkәnlәrә gös-
tәrişlәr verirdi; Brıkinin tabeçiliyindә olmayan bu adamlar çox
vaxt ona qulaq asmaq istәmirdilәr, o isә kimәsә komanda ver-
mәdәn heç cürә yaşaya bilmәzdi. Yetmiş yaşındaydı, bütün günü
tәmiz havada gәzdiyinә görә üzü milis işçilәrininki kimi qıp-
qırmızı idi. Bu Brıkin hәlә mәnzil-mәnzil dolaşıb ödәniş etmә-
yәnlәrlә mübarizә dә aparırdı. Hәtta onunla mübahisә edәnlәrin
iş yerlәrinә әrizә dә yazıb göndәrirdi.
Brıkin mәnzilә daxil olunca ilk növbәdә:
– Sısoykina evdәdi? – soruşdu.
Klavdiya Nikiforovna:
– Yoxdu – dedi.
– Ona çatdırın ki, iki gün әrzindә martın ödәnişini etmәsә,
mәsәlәni yoldaşlıq mәhkәmәsindә araşdıracağıq. İş yerinә dә
yazacağıq.
– Yaxşı, yoldaş Brıkin, mütlәq çatdırarıq. Amma biz çoxdan
ödәmişik!
– Bilirәm. Sizinlә dә bağlı bir söhbәt var. İçәri keçmәk olar?
Brıkin cavab gözlәmәdәn içәri addımladı, dәrhal da pәncәrәnin
önünә keçib göyәrçinlәrә baxdı:
– Bunları yığışdırmaq lazımdı, – dedi, – vәtәndaşlar. Altmış
ikinci mәnzildәki qonşular etiraz edirlәr. Qaydaya görә, quş
saxlamağa ixtiyarınız yoxdur.
– Hansı qaydaya görә? – tәzәcә işdәn gәlib çay içәn Sergey
İvanoviç soruşdu.
Balaca Marişka da burdaydı, o da masa arxasında oturub çay
içirdi.
– Elә bir qayda var. Bәs nә! Әgәr qonşular etiraz edirsә, heç
bir ev heyvanı saxlaya bilmәzsiniz, elәcә dә quş, bunun fәrqi
yoxdu. İş cәrimәlәnmәyә qәdәr gedib çıxa bilәr, odur ki, mәslәhәt
görürәm, yığışdırasınız.
– Neynәk, – Sergey İvanoviç köksünü ötürdü. – Tәbii ki,
yoldaş Brıkin, işin gedib cәrimәlәnmәyә qәdәr çıxmasına imkan
vermәrik. Onları biz gәtirmәmişik ki, saxlayaq. Olub-olmamalarının
254