Page 255 - Yuri Trifonov
P. 255
Göyərçinin ölümü

bizdәn ötrü dә elә bir fәrqi yoxdu. Amma bax, bu qızcığaz onlar-
la başını qatır. Nolacaq ki... qoy siz deyәn olsun.

– Qızcığaz sizinki deyil axı. Bu, sәbәb ola bilmәz.
– Bizimdi, bizimdi, – deyә Klavdia Nikiforovna Marişkanın
başını tumarladı.
– Hardan sizinkidi? Heç suyu çәkmir. – Brıkin qızıl dişlәrini
göstәrib gülümsündü. Sergey İvanoviçә sarı әyildi, qırmızı
yanaqları tuluq kimi sallandı, yavaşcadan dedi: – Mәslәhәt
görmürәm özünüzә öyrәdәsiniz.
Bu vaxt Aqniya Nikolayevna görünüb, Marişkanı şam yemәyinә
çağırdı.
– O, artıq yemәyә başlayıb, – Klavdiya Nikiforovna dedi. –
Budur, qәşәngcә yeyir.
– Yox, yox, özgәlәrә mane olmaq lazım deyil, Marişka,
sağollaş, gәl gedәk.
Aqniya Nikolayevna otağa daxil oldu, Brıkinlә salamlaşdı, o
isә qeyri-müәyyәn şәkildә, üzünә baxmadan başını tәrpәtdi. Elә
çıxdı ki, guya onun salamını aldı. Anası Marişkanın әlindәn ya-
pışdı, amma qız ayağa durmaq istәmәdi, bublik yeyә-yeyә, tәlәs-
mәdәn nәlbәkidәki çayını içmәyә davam elәdi.
– Sizin qızınız bizә heç bir maneçilik elәmir, – Sergey
İvanoviç dedi.
– Başa düşürәm, amma sizdә qonaq var, uşaqsa evә getmәlidi.
– Eybi yoxdu, qoy çay içib isinsin.
– Marişa, xahiş edirәm, zirәk ol!
Hamı, hәtta Brıkin dә bubliklәri aşıran qıza gülümsәyә-
gülümsәyә baxırdı, tәkcә anası qaşqabaqlı durmuşdu, balasını
bir ana kimi yox, soyuq baxışlarla süzürdü.
– Nooldun? – Aqniya Nikolayevna soruşdu.
– Ana, bu әmi deyir ki, göyәrçinlәri burdan yığışdırmaq lazımdı.
– Deyirsә, demәli, lazımdı.
– Ana, onlara ya-zı-ğım gәlir axı!
– Çox da yazığın gәlir. Qalx! Sağollaş, gedәk. Nәnәn bizi
gözlәyir, – o, Marişkanın qolundan yapışıb masa arxasından
dartdı.
– Hә, hә, göyәrçinlәrinizi hökmәn burdan yığışdırmaq lazımdı, –
Brıkin dedi.

255
   250   251   252   253   254   255   256   257   258   259   260