Page 260 - Yuri Trifonov
P. 260
i Trifonov
Vera vә Zoyka
(hekayә)
Nahardan qabaq çox sәliqәli, tәmizkar, әynindә “bolonya”
plaşı, yumaq üçün gәtirib tәhvil verdiyi camaşırları hәmişә tәr-
tәmiz olan vә arasında kişi alt paltarları çoxluq tәşkil edәn tanış
bir müştәri qadın gәldi, – kodu әlli iki sәksәn, – Veradan soruşdu
ki, şәnbә-bazar şәhәrәtrafına – onların bağ evindә yır-yığış etmә-
yә getmәz ki? Vera maraqlandı ki, iş çoxdurmu? Sevindiyini bü-
ruzә vermәmәyә çalışdı. Amma çox sevindi, çünki pul son dәrә-
cә lazım idi, bu ehtiyac mәhz bu gün sәhәr-sәhәr üzә çıxmışdı vә
Vera hәlә dә özünә gәlә bilmirdi, döşәmәnin laxlayan taxtasına
ilişә-ilişә piştaxtayla rәf arasında qaçhaqovdaydı. Tәrslikdәn, bir
balaca әsәbilәşәn kimi, – zәhrimara qalsın onu! – hәmişә döşә-
mәnin bu laxlayan taxtasına ilişirdi.
Müştәri izah elәdi: dörd otağın döşәmәsini yumaq, – üçü
aşağıdadı, biri yuxarıda – zibili süpürmәk, qışdan sonra hәmişә
olduğu kimi, pәncәrәlәrin taxtabәndini açmaq lazımdı. Qadın
asan vә boş şeylәr haqda söhbәt açırmış kimi, tәlәsә-tәlәsә,
nizamsız danışır, işin tәfәrrüatını xırdalamamağa çalışırdı. Vera
isә başa düşürdü ki, özünü bicliyә vurub, onunku razılıq alanacandı,
әslindә orada bәs deyincә görülәsi, ağır işlәr var, üstәlik qışda
evdә yaşayan vә tәmizliyә baxan heç kim olmayıb. Veranı işin
ağırlığı qorxutmurdu. Buna görә dә sevindi, iş çox olsa yaxşıdı,
düşündü: yәni zәhmәthaqqı da artıq olacaq. Pul çox lazım idi
ona. Sәhәr-sәhәr, yaşlı qadın müştәri – qırx sәkkiz qırx dörd –
kod nömrәsi dә lap zibildi, yalxıca dörddü hamısı – adyaldan
ötrü hay-küy qaldırdı, dәyişdirmisiz, dedi, guya altı rublluqmuş
onunku, әvәzinә özgә birisinin ucuz malını soxuşdurmuşuq. Qarı
haqlıydı, amma duyuq düşәndә artıq gec idi, çünki iki qәbzә qol
çәkmişdi. Qablaşdırıcılar sәhv-dәyişik salmışdılar, Veranın günahı
ondaydı ki, tәhvil verәndә yaxşı yoxlamamışdı, bircә sayına
baxmışdı. Elә hәmişә belә yoxlayırdı vә heç nә dә baş vermirdi.
Altırublluq adyalı axtardılar, axtardılar, heç yandan tapa bilmәdilәr.
Başqa adyal tәklif olundu, qarı istәmәdi, özününkünü tәlәb etdi.
260