Page 261 - Yuri Trifonov
P. 261
Vera və Zoyka
Bu zaman Vera özündәn çıxdı – çünki qablaşdırıcılar onu günah-
landırırdılar – dedi ki, qarı qәbzi artıq imzalayıb, mәn burada
balaca adamam. O isә müdirin – Raisa Vasiliyevnanın yanına
getdi, Veranı, qablaşdırıcıları çağırdılar. Çığır-bağır saldılar, qab-
laşdırıcılar Veranın üstünә qışqırdılar, Vera da onların. Bağırmaqda
Vera hamısını susdurardı, çünki sәsindә bir ötkәmlik, sәrtlik
vardı. Әsas qanqaraçılıq ondaydı ki, tәkcә onu tәqsirkar bilirdilәr,
guya heç qablaşdırıcıların günahı-zadı yoxuydu. Amma o, dәfәlәrlә
qablaşdırıcıların dadına çatmışdı. Dәfәlәrlә özgәninkilәri vermişdi
ki, götürün, günah etmәyin, mәnә başqasının malı lazım deyil.
İndi heç nә eşitmәk, heç nәyi yada salmaq istәmirdilәr: altı rubl
ödә, vәssalam. Altı rubl isә az pul deyildi. Onu qazanmaqdan
ötrü Veranın üç gün belinin donqarı çıxır. İstәsәydilәr, vәziyyәtdәn
çıxa bilәrdilәr, ikisinin dә әri qazanandı, adama bir rubldan yığ-
saydılar, bu iş bir qәdәr yüngüllәşmiş olardı. Kimә deyirsәn! Baş
qablaşdırıcı Yevdakiya isә hәlә bir rişxәnd dә elәdi: nә var ki, iki
yarımlitrin puludu bu. Seryojaya güc düşәcәk, vәssalam. Belә
acıdil bir alçaq idi. Adama deyәrlәr ki, sәnә nә dәxli var Vera
pulu hara xәrclәyir! Özü әrinin hesabına yaşayır, camaatın necә
әzab çәkdiyindәn anlayışı belә yoxdu...
– Hә, nә deyirsәn, Vera? Boyun olursanmı? – deyә kodu әlli
iki sәksәn olan qadın soruşdu (Vera macal tapıb qәbzdәn soyadını
oxudu: Sinitsına). – Yoxsa mәn başqasıyla razılaşacam.
– Niyә ki? Özüm elәyәcәm. Tanrının izniylә düzüb-qoşarıq!
– Bәlkә, özünüzә kömәkçi götürәsiz? Axı siz... bir az balaca-
sınız...
– Balaca olmağımdan narahat olmayın. Heç bir işdәn qorx-
muram. Zavodda kişilәrlә işlәmişәm, xammal daşımışam – Vera
bir az fısıldadı, axırıncı sözü sanki belә tәlәffüz etdi: “tasımısam”.
– Kömәkçi isә tapmaq olar. Taparıq!
Veranın ağlından dәrhal Zoyka keçdi. O, belә anlarda hәmişә
Zoykanı düşünürdü: iş düşәndә dә, gәzintiyә çıxanda da, әrzaq
dükanına quru balıq, ya qarabaşaq gәlәndә dә. Zoyka isә – yox.
Amma Vera ondan incimirdi. O bilirdi ki, Zoyka xәstәdi, qaraciyәri
sıradan çıxıb, buna görә hәmişә acıqlıdı, narazıdı, hәm dә qayğıları
çoxdu: iki uşaq böyüdür, üstәlik evdә dә bir qarı. Bundan başqa,
261