Page 262 - Yuri Trifonov
P. 262
i Trifonov

Vera Zoyka ilә qәtiyyәn rәfiqә olmadığını da başa düşürdü. Әgәr
çoxdan, ikinci sinfә gedәndә dostluq etdiyi Nastenkanı nәzәrә al-
masaq, Vera rәfiqә nә olduğunu bilmirdi. Zoyka ilә sadәcә, qon-
şuydu, eyni zamanda ikisi dә әrsiz idi: Veranın heç vaxt әri olma-
yıb, Zoykanınkı isә beş il qabaq çıxıb gedib, aliment ödәyir.

Qadın Veranı şәnbә günü saat dörddә gözlәyәcәyini dedi,
kağızda ünvanı yazıb verdi, oraya telefonu vә soyadını qeyd
elәdi: Sinitsına Lidiya Aleksandrovna.

Vera naharda Zoykanı görmәk ümidiylә vә bәri başdan
şәnbәylә bağlı soruşmaq üçün tәlәsik evә qaçdı. Zoyka mәktәbdә
süpürgәçi işlәyirdi. Bazar günü, yәqin ki, sәrbәst olacaqdı, amma
şәnbә haqda öyrәnib bilmәk lazım idi, әgәr alınmırsa, başqasıyla
danışmaq gәrәk olacaqdı. Vera camaşırxana hәyәtinin o üzündәki
taxta barakda yaşayırdı. İşi rahat idi, iki dәqiqәyә evinә çatırdı.
Qәribә şәkildә çoxmәrtәbәli binaların arasına pәrçim edilmiş beş
әdәd taxta ikimәrtәbә evi Pesçanı küçәsinin sakinlәri barak
adlandırırdı. Çoxmәrtәbәlәr müharibәdәn sonra, әllinci illәrin
әvvәllәrindә çöllüyün, zibilliyin, bostanların, mövsümi işlәyәnlәrin
daxmalarının yerindә tikilmişdi. Heç kim bilmirdi ki, hәmin beş
baraka nәdәn dәymәyiblәr. Bu, hәr şeydәn öncә, inşaatçıların
sәhviydi. On il әvvәl bu barakların sakinlәri talelәrini dәyişmәyә
cәhd göstәrmişdilәr, binalarının uçurulmasını, başqa yerә
köçürülmәlәrini tәlәb etmişdilәr. Deyirdilәr ki, “bu yöndәmsiz
tikililәr rayonun ümumi gözәlliyini korlayır”, digәr barak
sakinlәrinin yeni binalarda mәnzillәr alması da qәlblәrinә
toxunurdu, – axı onlar nәyә görә bunlardan yaxşı hesab
olunmalıydılar? – amma, görünür, sәhvi düzәltmәk asan deyildi,
tikintilәr bu yerlәrdәn yığışmışdı, smetalar bağlanmışdı, buna
görә dә “uğursuzlar” öz talelәriylә barışmışdılar. Barakları dörd
tәrәfdәn altımәrtәbәli hündür binalar sıxışdırırdı. Hәm dә
görünüşüylә dağ vadisindәki kәnd evlәrinә oxşayırdı. Vә çәpәrlәri,
soğan lәklәri, pәncәrәlәrdәki yasәmәnlәriylә özünün kәndsayağı
hәyat tәrzi vardı.

Giriş qapısının yanındakı skamyada hәmişәki kimi Zoykanın
nәnәsi, doxsana yaxın yaşı olan, qara örpәyini gözünün üstünәcәn
endirmiş Lyuba qarı oturmuşdu. Vera Zoykanın evdә olub-olma-

262
   257   258   259   260   261   262   263   264   265   266   267