Page 267 - Yuri Trifonov
P. 267
Vera və Zoyka

Beqavoya çatanda sağa döndülәr, körpünün üstüylә gedib
Vaqankov qәbiristanlığının yanından keçdilәr, Veranın yadına
düşdü ki, xalası burada uyuyur, qәbri nurla dolsun, baş çәkmәk,
üstünә gül gәtirmәk lazım idi, ötәnilki yaydan bәri onu ziyarәt
etmәmişdi. Krasnaya Presnyadakı köhnә evlәri sökmüşdülәr.
Yazda zir-zibil yandırırmış kimi bәzilәrinә, hәtta od vurmuşdular.
Sağ tәrәfdә qalaqlanmış, bәzisi hәlә dә tüstülәyәn qapqara tonqal
yerlәri görünür, bu kül zolağının arxasından isә yoldan iki yüz
metr aralıda beşmәrtәbәli yeni evlәr ucalırdı.

– Nәhayәt ki, zülmdәn qurtuldular – Zoyka dedi.
– Amma mәnim bu evlәrә heyfim gәlir. Necә olmasa, köh-
nә Moskvadı, özü dә Krasnaya Presnya, tarixi bir yer, – dedi
Sinitsına. – Gör onları necә dә insafsızcasına yandırırlar...
– Düz elәyirlәr! O taxtabiti yuvalarının nәyinә heyifsilәnirsiniz? –
sürücü gözlәnilmәz bir qәzәblә dillәndi. – Orada insanlar bir-
birinin başında yaşayırdı, yeddi metrdә on adam. Onlara sizin
tarix çox lazımdı elә! Heç olmasa adam kimi yaşayış yeri, mәn-
zil alacaqlar.
Sinitsına pәncәrәdәn baxaraq susdu.
– Bilirsiniz, bu yeni evlәr dә yaraşıqlı deyil – sonra dedi. –
Çox eybәcәrdi. Liftlәri dә yoxdu.
– Cәhәnnәmә ki... qoy liftsiz olsun, – sürücü dedi. – Fәhlә
sinfi әrköyün deyil, biz piyada da düşüb-çıxa bilәrik.
– Әlbәttә! – Zoyka dedi. – Biz dә gör neçә ildi baraklarımızın
sökülmәsindәn ötrü yazırıq...
– Niyә ki? Baraklarımız mәnim xoşuma gәlir, – Vera bildirdi. –
Çox yaxşı baraklarımız var. Birincisi, istidi. İkincisi, dörd bir
yanı yaşıllıqdı, bağ evi-zad lazım deyil, doğrudumu, Mişa? – o,
çiyniylә Mişkanı itәlәyib qәhqәhә çәkdi.
Zoyka әlini yellәdi.
– Çәrәnlәyirsәn dә...
– Çәrәnlәmirәm, doğru deyirәm, bizim baraklar, hәtta çox
gözәldi, möhkәmdi, hәlә yüz il dә davam gәtirәcәk. – Vera bu
dәfә bir az da bәrkdәn qaqqıldadı, sanki partlayış qopdu: “Oy,
ürәyim dayandı... Oy, doğrudan da, hәlә yüz il dözәcәk!” Ondan
başqa gülәn yoxuydu. Zoyka incik halda deyinirdi, sonra sürücüdәn
papiros xahiş elәdi vә alıb birini yandırdı. Vera bir az sakitlәşmişdi,
xırıldaya-xırıldaya, yorğunluqla tәkrar-tәkrar pıçıldayırdı: “Oy,
ürәyim dayandı...” vә yaşarmış gözlәrini ovuclarıyla silirdi.

267
   262   263   264   265   266   267   268   269   270   271   272