Page 270 - Yuri Trifonov
P. 270
i Trifonov
Yorulub-üzülmüş Mişkanı әn isti otaqda yatağa uzatdılar, o
dәqiqә dә yuxuladı, özlәri isә eyvanda şam yemәyinә oturdular.
Mәlum oldu ki, quru çay gәtirmәyiblәr, Moskvadan almaq yaddan
çıxıb. Lidiya Aleksandrovna hansısa qonşuya getdi. Zoykayla
Vera bu vaxt eyvanda oturmuşdular, ağcaqanada görә pәncәrәlәri
bağlamışdılar, hәm dә artıq sәrin düşmüşdü. Amma ağcaqanadlar
da, elә bayırdakı soyuq havanın özü dә qırıq şüşәlәrdәn içәri
dolurdu. Onlar Veranın qazançada gәtirdiyi әriştәni yeyirdilәr.
– Necә bilirsәn, Lidiya Aleksandrovnanın neçә yaşı olar? –
Zoyka soruşdu.
– Mәncә, otuz beş. Mәnim yaşıdım olar. Bәh! Әla әriştәdi!
Az gәtirmişәm, elә deyil? Lidiya Aleksandrovna yaxşı qadındı,
çox yaxşıdı, zәhmәtsevәrdi.
– Әlbәttә, hәyat yaxşı olan yerdә yaxşıdı, – deyәn Zoykanın
uzunsov, arıq üzünü Veraya tanış olan inciklik bürüdü. Belә
olanda Zoyka adәtәn urvatsız şeylәr danışırdı. O, gözünü eyvanın
tavanına, yağlı kağızdan düzәldilmiş lampa çәtirinә, onun qaranlıq
aynada әksinә zillәdi. – Mәnә elә gәlir ki, әlliyә yaxın olar. O
boyda cantaraq oğlu var...
Lidiya Aleksandrovna quru çay gәtirәndә Vera ondan neçә
yaşı olduğunu soruşdu. Cavab verdi ki, qırx dörd; Kirilin artıq on
sәkkiz yaşı var, institutun birinci kursunda oxuyur. Vera çox
heyrәtlәndi.
– O yaşı vermәk olmaz sizә, Lidiya Aleksandrovna, hec cürә
vermәk olmaz! Sizin yanınızda mәn qarıya oxşayıram, dişlәrim
yoxdu, üz-gözüm dә qırışıb, amma sizdәn sәkkiz yaş cavanam.
Bәs niyә belәdi? Yәqin, siz tәbiәtәn sakitsiniz, mәn isә hәr
şeydәn hәyәcanlanıram.
Zoyka susurdu, yenә üz-gözündә hәmin gizli inciklik vardı,
sakicә fincanlara çay süzürdü.
– Mәncә, siz özünüzә böhtan atırsınız, Vera, siz çox
yaraşıqlısınız, әtli-әndamlısınız, lap kömbә kimisiz, – Lidiya
Aleksandrovna gülümsәdi. – Vә yәqin ki, kişilәrin xoşuna gәlirsiz,
elәmi?
Vera da mәmnunluqla gülümsündü.
– Necә deyim, Lidiya Aleksandrovna, hәmişә yolda-izdә
qәmiş olan kimsә tapılır. Hәtta “ay qız” deyә çağırırlar mәni.
Qaranlıqda gözlәri seçmir axı!
270