Page 274 - Yuri Trifonov
P. 274
i Trifonov

Nә saat on ikidә, nә dә birdә gәlәn oldu. Verayla Zoyka
bütün işlәri bitirmişdilәr, indi gözlәyirdilәr ki, evin kişisi gәlib,
pul gәtirәcәk. Lidiya Aleksandrovnanın özündә vur-tut yeddi
rubl vardı.

Günorta hava çox isti oldu. Verayla Zoyka quyunun yanında
әl-üzlәrini yuyub artırmadakı skamyada oturmuşdular, sakitcә
mәslәhәtlәşirdilәr ki, әlavә pul istәsinlәr, yoxsa yox. Vera tәrәddüd
edirdi, Zoyka isә deyirdi ki, hökmәn istәmәk lazımdı, çünki ara-
larında nә anbar, nә dә aynabәnd barәdә danışıq olmayıb. Qa-
nun-qaydayla iyirmi altı rubl almalıdılar. Hәlә Zoyka, Veranı Li-
diya Aleksandrovnadan soruşmağa tәhrik edirdi ki, anbarın dalına
atılmış boş çaxır butulkalarını götürmәk olar, yoxsa yox. Orada
on altı butulka vardı, zibilliyә atırmış kimi tullamışdılar. Әgәr
yuyub tәhvil versәn, hәr halda, rubl yarım pul elәyәr.

– İstәyirsәnsә soruş, –Vera dedi. – Soruş, soruş!
– Niyә mәn soruşuram? Özün soruş. Onunla ki, sәn razılaşmısan.
– Mәnim nәyimә lazımdı. – Vera saymazyana әlini yellәdi. –
Sülәnmәyim çatmır elә...
Zoykanın, hәtta hirsindәn rәngi qaçdı.
– Belә... sülәnmәk deyirsәn bu mәsәlәyә? – deyә coşdu. –
Әlbәttә, sәnin öz әlindi, öz başın, oğlunu tәhvil vermisәn gedib.
Bәs mәn necә yaşamalıyam?
– Mәn dә deyirәm ki, soruş...
Mişka yaxınlaşdı, әlindә ovalşәkilli, üstü samanla toxunmuş
qәribә qab vardı.
– Ana, bax, yürüş suqabısıdı. – Mişa sevincәk halda bildirdi. –
Bunu oradan, küncdәn, zibil yeşiyi olan yerdәn tapdım. Tәp-
tәzәdi. Götürәk özümüzә?
– Soruşmamış heç nәyә әlini vurma! – Zoyka suqabını onun
әlindәn dartıb alaraq skamyanın üstә qoydu. – Aparıb götürdüyün
yerә qoyarsan.
– Tullayıblar axı bunu...
– Demәli, zibildi dә, nәyimizә lazımdı. Heç yana qaçıb-
elәmә, on beş dәqiqәdәn sonra gedirik.
– Ana-a, düşәrgәdә yürüşә gedәcәyik axı, mәnә suqabı
lazımdı... – Mişka zırıldadı.

274
   269   270   271   272   273   274   275   276   277   278   279