Page 279 - Yuri Trifonov
P. 279
Toranlıqda oyun

dançada xoşagәlmәz bir cütlük qalardı, bu әr-arvada tennis
oynamaq yalnız piylәrini әritmәk üçün gәrәk idi. Onlar çox pis,
amma inadla, uzun müddәt vә qaranlıq düşәnәcәn oynayırdılar.
Müşahidә elәyirdim ki, pis oynayanlar oyuna daha çox hәvәs
göstәrirdilәr. Savvayla mәnim onları görәn gözümüz yox idi.
Onlar bizim sonuncu, dәyәrli saniyәlәrimizi dә әlimizdәn alırdılar.
Çünki әsl oyunçular bizim kimi, onları da tennis meydançasına
buraxmırdılar. Onlar isә yaşca böyük olmalarından sırtıqlıqla
istifadә elәyib, axşam düşәndә bizi meydançaya qoymurdular:
“Yox, uşaqlar! Siz bütün günü burda hәrlәnmisiniz...” Nәhayәt,
onlar da rәdd olub gedirdilәr. Mәn öz çexolundan on iki unsiyalıq,
dinamoçulara mәxsus raketkamı çıxarırdım, Savva isә çox qәşәng,
polad simdәn toxunmuş alman raketkasını vә biz boş tennis
meydançasına yüyürürdük. O dәqiqәlәrdә bizdәn xoşbәxt kimsә
ola bilmәzdi.

Tennis meydançası sement örtüklüydü, toranlıqda geniş bir
düzәnlik kimi ağarırdı. Biz çox tәlәsirdik. Qaranlıqda tez-tez
topu hara gәldi vururduq. İstәyirdik ki, zәrbәmiz güclü alınsın.
Bizdәn yan keçәn toplar zәrblә taxta divara dәyincә tәbil sәsi
verirdi. Artıq nә arxa xәtti, nә dә kvadratları görmәk olmurdu.
Qaranlığın içindәn top gözlәnilmәdәn elә uçurdu ki, mәn iradәmdәn
asılı olmadan özümümüdafiә üçün raketkamı qarşısına tuturdum.
Nikolay Qriqoryeviç çimmәkdәn qayıdıb sahibi olduğu tennis
torunu yığışdırıb aparanacan, biz iyirmi dәqiqә lәzzәtlә oynadıq.
Hәlә torsuz da bir xeyli çapaladıq. Torlu, ya torsuz – qaranlıqda
fәrqi yoxuydu artıq.

Sonra isә nә barәdәydisә uzun müddәt boş-boşuna danışa-
danışa, sahillә evә dönürdük. Çayın o biri sahilindә, çәmәnliyin
bәzi yerlәrinә qat-qat duman çökmüşdü. Çayda kimsә üzürdü,
bir nәfәr dә sahildә dayanıb: “Su necәdi, hә?” – qışqırırdı. Bir
başqası isә çimib çıxandan sonra isinmәk üçün suyun kәnarındakı
narın qum zolağıyla qaçırdı, nәm qumda ayağının sәslәri çılpaq
bәdәnә vurulan şillә kimi aydınca eşidilirdi. Yalın ayaqlarını
şappıldadan hәmin adamın: “Br-br-br!” – elәmәsini dә qulağımız
çalırdı. Vә biz şam ağaclarının, çayın o biri sahilinin üfüqlәrindә
ilıq havanı yarıb titrәşәn Tuşina işıqlarının, yәni gәrәyimiz
olmayan bu ulduzlu iyul axşamındakı alәmin әhatәsindәydik.
Bu, çoxdan olub. O vaxtlar Moskva çayını dayaz yerlәrindәn

279
   274   275   276   277   278   279   280   281   282   283   284