Page 282 - Yuri Trifonov
P. 282
i Trifonov

Belәdә Boris onun üstünә yeridi – o, ortaboylu, tökmә bәdәnli vә
boyca Ançikdәn balacaydı, yanağının almacıq sümüklәri diz
qapaqları kimi girdәydi, hәmişә danışarkәn dişlәrini qıcadığı
üçün üzü tәrpәnirdi. İndi dә dişlәrini bir-birinә sıxıb: “Al gәldi,
cındır!” – dedi vә qolaylanıb әlinin arxasıyla Ançikin üzünә bir
zәrbә ilişdirdi. Bu zaman hamı hay-haray saldı:

– Nolub? Nә mәsәlәdi?
Boris cavab vermәdi, acıqlı-acıqlı Ançikә baxdı, o, üzünü
әllәriylә örtüb dayanmışdı. Qız nә ağlayır, nә dә hәrәkәt edirdi.
Ançikin vurulması vә bunu hәzm etmәsi o qәdәr ağlasığmaz idi
ki, hamı yerindәn sıçrayıb bir-birini itәlәyә-itәlәyә hay-küy saldığı
halda, mәn karıxmış kimi skamyadaca donub-qalmışdım. Ya
Professor, ya da Qavrinski, bәlkә dә, hәr ikisi birlikdә Borisin
yaxasından yapışmışdı, o isә hәmәn müqavimәt göstәrib sakitcә
dedi:
– Burnunu soxma. Çәkil deyirәm. Çәkil, yoxsa...
– Bağışlayın, – Tatarnikov dedi. – Doğrudanmı kimsә boğulub,
ya yox?
Bu zaman Boris hәlә dә üzünü örtüb durmuş Ançikin әllәrinin
üstündәn elә bir zәrbә ilişdirdi ki, qız möhkәm sәndәlәdi, budaq
kimi arxaya әyildi vә az qaldı yıxıla. Ardınca da cәld uzaqlaşdı,
demәk olar ki, qaçdı vә Boris dә onunla yanaşı getdi. Onlar
şamlığın arasıyla, kolların içiylә, yolsuz-yolağasız çox iti gedirdilәr,
bir-birlәrinә baxmırdılar, hәr biri özünә qapılmışdı. Onları nәsә
çox dәhşәtli vә sadә bir şey birlәşdirirdi. Şamlığın arasıyla bizdәn
uzaqlaşdıqca, sanki görünüb yox olan bir adam idi.
Tennis meydançası qurumuşdu, kimlәrsә oynamağa çıxdı,
amma mәn onlara baxa bilmirdim. Dәbdәbәli kәkilli Tatarnikovun
rәngi avazımış üzünә axı necә baxaydım?! Tennisçilәr qәzәblәn-
mişdilәr, bir dә heç vaxt Borislә – o heyvanla oynamayacaqları
haqda sözlәşdiklәrini eşitdim. “Qadına әl qaldırmaq! Belә bir
alçaqlığa әl atmaq! Hayıf ki, çıxıb getdi, yoxsa ağız-burnunu
әzişdirәrdik!” Amma hiss edirdim ki, onları narahat edәn nәsә
başqa şeydi.
Bundan sonra tennis meydançasıyla bağlı olan hәyat sürәtlә
vә düzәlmәsi mümkün olmayan bir şәkildә dәyişmәyә başladı.
Bәzilәri, ümumiyyәtlә, qeybә çәkildi vә bir daha gәlmәdilәr,

282
   277   278   279   280   281   282   283   284   285   286   287