Page 280 - Yuri Trifonov
P. 280
i Trifonov

adlayıb-keçirdilәr, Teatr meydanından “Serebryanıy bor”a uzun
vә qırmızı “Leyland” avtobusunda gedirdilәr, çesunça parçadan
uzun köynәk, ağ kәtan şalvar vә parusin çәkmә geyirdilәr, bu
çәkmәlәrin sәhәrisi gün qar bәyazlığında görünmәsi üçün vә hәr
addımda üstlәrindәn ağ toz buludu qalxsın deyә onları axşamlar
diş tozuyla tәmizlәyirdilәr...

İndi o adamların nәçi olduqlarını vә yaşlarını söylәmәk
çәtindi. Onlar mәnim hәyatımda çoxdan yoxa çıxıblar, heç o
vaxt kimliklәriylә dә maraqlanmırdım. Tәkcә Qravinski haqda
onu bilirdim ki, atası Kominternin işçisidi. Titrәk vә Professor,
mәncә, tәlәbәydilәr, bәlkә dә, yox. Tatarnikov hardasa işlәyirdi,
amma, olsun ki, heç yerdә işlәmirdi, çünki tennis meydançasına
tez-tez gündüzlәr gәlirdi. Ançik onuncu sinif şagirdiydi, heç onu
da dәqiq bilmirәm, bәlkә dә, artıq tәlәbәydi. Bilirdim ki, atası
qara rәngli “Rolls-Roys”da gәzir. Bir dәfә hәmin qara avtomobilin
3-cü xәtdәki evin yanında necә saxladığını gördüm, dәhşәtli
leysan tökürdü, mәni süd dalınca göndәrmişdilәr, başdan-ayağa
suyun içindәydim vә heç yana tәlәsmәdәn, elәcә şose yoluyla
gedirdim, bu vaxt maşından Ançik sıçradı, tuflilәrini çıxardı,
zığıldayıb-sızıldadı, ayaqyalın hәyәt qapısına sarı yollandı. Ardınca
maşından qara şlyapalı bir adam düşdü. O, birdәn gölmәçәnin
içindә dayandı, şlyapasını çıxartdı, bir neçә saniyә düşüncәli-
düşüncәli durub qәribә tәrzdә baxışlarını yerә zillәdi, daz başını
yağışın altına tutdu.

Ançik ucaboy, qәdd-qamәtli, incәbel, sağrılı, qatran kimi
qara saçlı vә gecәnin zülmәti rәngdә iri gözlәri olan bir qız idi.
Ondan çox xoşum gәlirdi. Әlbәttә, adi qızları, mәsәlәn, sinif
yoldaşım Marinanı bәyәndiyim kimi xoşlamırdım Ançiki, ona
bir qadın kimi platonik istәyim vardı. Onun boğuq sәsini, donunu,
sanki ötәn ildәn qalıb әyninә daralmış, bәdәninә kip oturan
sarafanını vә maykasını xoşlayırdım. Onun yerişindәn ötrü ürәyim
gedirdi: matros kimi qollarını yellәdә-yellәdә, yırğalana-yırğalana
gәzirdi. Hәm dә hamıya lağ edib tәkәbbürlә danışmağını bәyәnirdim.
Meydançadan tennis topunu әyilmәdәn, bir göz qırpımında, ayağı
vә raketkanın sağanağıyla asanlıqla götürmәsinә dә valeh idim.
Mәn dә bu üsulla topu götürә bilirdim, bunu ancaq sol ayağımın
kömәyiylә edirdim, Ançik isә eyni vaxtda asanca hәm sol, hәm
dә sağ ayağıyla götürürdü. Top sanki onun raketkasına yapışırdı.

280
   275   276   277   278   279   280   281   282   283   284   285