Page 283 - Yuri Trifonov
P. 283
Toranlıqda oyun

bәzilәri isә köçüb getdi. Yenilәri gәlmәyә başladı. Çoxlu yeni
oyunçular meydana çıxdı. Deyirdilәr ki, Ançik kiçik bacısı,
qardaşı vә nәnәsiylә birdә Los stansiyasında yaşayır. Amma
Tatarnikov yenә әvvәlki kimi öz “Erenprayze”sindә gәlirdi, bәzәn
Titrәk vә bizim Savvayla yapon casusu saydığımız adam da
görünürdü. Yaxınlıqda düzәldilmiş voleybol meydançasına
axşamlar bir sürü – qırxa qәdәr çığır-bağırçı yığışır vә topu o üz-
bu üzә vuraraq oynayırdılar. Sәs-küy lap bazardakı kimi olurdu.

Bir dәfә bazar günü hәmin o heyvan Boris heç nә olmayıbmış
kimi, bir dostuyla gәlmişdi. Hәr ikisinin başında jokey şapkası
vardı. Boris: “axırıncı kimdir?” – deyә soruşdu. Ona cavab verәn
olmadı. Meydanda dörd nәfәr oynayırdı, dörd nәfәr dә növbәdәydi.
Boris dostuyla yarım saata qәdәr oturub gözlәdi, sonra dava ab-
havası yetişmәyә başladı. Qәfil, çay tәrәfdәn qәribә bir sәs-küy
gәlmәsәydi, әsl qırğın düşә bilәrdi. Yüzlәrlә adamın girişi meşәni
lәrzәyә gәtirmişdi. Nәhәng insan kütlәsi musiqi sәdaları altında,
mahnı oxuya-oxuya bizә sarı gәlirdi. Qabaqda uşaqlar qaçışırdı,
onlar xәbәr verdilәr ki, sahilә teploxod yan alıb, bu adamlar
oradan gәlir, arxadakı isә nәfәsli orkestrdi. Tennisçilәr heç nә
olmayıbmış kimi, oyunlarına davam edirdilәr. Bir dәqiqәdәn
sonra isә gәzintiyә çıxan bu kütlә tennis meydançasını әhatәyә
aldı, bәzilәrinin kefli olduğu gözә çarpırdı, birbaşa otluqda
oturmuşdular, kimsә rәqs edirdi, kimsә “böcәk-böcәk” oynayırdı,
qarmon çalınırdı. Bir neçә nәfәr meydançaya girib, tennis torunu
çıxarmağı tәlәb etdi. Әlbәttә, tennisçilәr razılaşmadı vә dedilәr
ki, milis çağıracaqlar. Xüsusilә qәzәblәnәn Titrәk qışqırdı:

– Şikayәt edәcәyik! Müәssisәnizin nömrәsini deyin!
Panamalı pota adam әlini yellәdi:
– Siz istәyirsiniz dördünüz oynayasız, dörd yüz adam sizә
baxa? Hә? Siz belә istәyirsiniz?
– Siz qaydanı pozursunuz!
– Yox, siz pozursunuz!
– Yoldaşlar, milis hardadı?
– Bizim bağ evlәri idarәsiylә razılaşmamız var!..
Onlar mübahisә etdiklәri müddәtdә orkestr tennis meydançasına
çıxdı, taxta çәpәrin yanında özlәrinә yer elәdilәr; kimsә artıq

283
   278   279   280   281   282   283   284   285   286   287   288