Page 275 - Yuri Trifonov
P. 275
Vera və Zoyka
– Qoy çantana, vәssalam, – Vera dedi.– Atıblarsa, demәli,
gәrәklәri deyil. Mәsәlә bitdi.
Mişka әlini cәld suqabına uzatdı. Zoyka isә onun әlinin
üstünә möhkәm bir şillә çәkdi.
– Sәnә nә dedim? Sәn dә, ay gicbәsәr, bunu öyrәtmә.
Mişka doluxsunub kәnara çәkildi. Bir az dayanıb alaqapıya
sarı getdi.
– Uzağa getmә, tezliklә yola düşürük! – Zoyka qışqırdı.
– Bәs çimmәyә haçan gedәcәyik? Hә?
– Mәnsiz çaya getmәyi fikirlәşmә heç! Eşidirsәn? Sәnә
qadağan elәyirәm!
– Özün söz vermişdin... – Mişkanın öcәşkәn sәsi getdikcә
uzaqlaşırdı.
– Çaya getmә ha! Mixail! Eşidirsәn, nә deyirәm?
Alaqapı çırpıldı. Lidiya Aleksandrovna ikinci mәrtәbәnin
pәncәrәsindәn başını çıxarıb sevincәk qışqırdı: “Gәldilәr?” –
“Yox, Mişa çıxdı”, – Vera cavab verdi. Zoyka isә acıqlı-acıqlı
donquldandı: “Gözlә, gәlәcәklәr... Bazar günümüzü bütünlüklә
burada itirdik... Pulun yox idisә, muzdlu tutmayaydın...”
Amma Lidiya Aleksandrovna aşağı enәndә, Zoyka onunla
yenә öz saxta, yaltaq tәrzindә, boynunu çiyninә әyәrәk danışmağa
başladı:
– Lidiya Aleksandrovna, bilirsiniz nә soruşmaq istәyirdim?
Butulkalar barәdә...
Saat üçdә dә heç kim gәlib çıxmadı.
Zoyka özünә yeddi rubl tәlәb etdi, boş butulkaları da götürüb
Mişkayla çıxıb getdi, Vera isә qalıb gözlәdi.
O, Lidiya Aleksandrovnayla birgә eyvanda uzun müddәt
oturdu, yavan çörәklә çay içdi, çünki nәsә almağa pul da
qalmamışdı. Hәyatı barәdә mәslәhәtlәr istәdi ki, bәs Nikolay
gәlәndә necә davransın? Tәzәdәn onunla görüşmәk istәdiyini
bildirsә, razılıq versinmi, yoxsa o lәnәtolmuşu rәdd elәsin?
Seryojka tatardı, çox yaxşı adamdı, mehribandı, amma anası
işlәri dolaşdırır. İstәyir tatar qızına evlәndirsin, çünki onlar
analarına qulaq asan olurlar, Seryoja isә anasının istәyi әleyhinә
getmәz. O, Veranın yanında nadir hallarda gecәlәyir, axşam
olunca fikri-zikri evlәrindә qalırdı. Deyir, anasının nigaran
275