Page 272 - Yuri Trifonov
P. 272
i Trifonov
– Demәli, tәsәvvür elәyin, Lidiya Aleksandrovna, – işığı
söndürmәk üçün ayağa duran Vera dedi. – Dörd il onunla
gәzmişik, bircә bu fotoşәkildәn başqa, mәndә heç nәyi qalmayıb.
Nә bir üzüyü, nә bir sırğası qalıb. Mәnә isә heç nә lazım deyil.
Sarı lampa çәtirinin altında işıq sönüncә, iyunda olduğu kimi,
göy üzünün hәlә dә aydın olduğu göründü. Sәrin havayla bәrabәr
meşәdәn otların, iynәyarpaqlıların qoxusu da şüşәbәndә doldu.
Vera çaydanı götürüb pilәtәdә qızdırmaqdan ötrü mәtbәxә
apardı. O, axşamlar azı üç stәkan çay içmәyi xoşlayırdı. Orada
olmadığı müddәtdә Zoyka macal tapıb Lidiya Aleksandrovnaya
dedi ki, Vera heç dә göründüyü kimi sadә deyil, hәr şeyә “hi-hi-
hi”, “ha-ha-ha” elәsә dә, öz işini altdan-altdan görmәyi bacarır,
odur ha, rayon icraiyyә komitәsindәn olan müştәrilәrindәn biri
kömәk elәdi, oğlunu verdi internata. Özü bacarmazdı, amma
müştәrisi kömәk elәdi. Demәli, ağız açmağı bacarır. Tәk yaşamaq,
әlbәttә, min dәfә asandı. Bir dәfә әriştә bişirәndә, üç gün işinin
adı olmur. Kinoya da gedir, Mәrkәzi Univermağa da macal tapır,
qonaqları da olur... “Amma mәn, – Zoyka dedi, – evimdә böyük-
lü-kiçikli üç nәfәrә baxıram, hәrәkәt elә görüm, necә edirsәn...”
Vera çaydanla geri dönüncә, Zoyka sәsini kәsdi. Lidiya Alek-
sandrovna öz hәyatından danışmağa başladı: sәn demә, birinci
әri sәkkiz il qabaq vәrәmdәn ölübmüş, çox yaxşı insanmış, elmi
işçiymiş. Onun ölümündәn sonra Lidiya Aleksandrovna çәtinliklәrә
düçar olub, kasıbçılıq çәkib, xәstәlәnib, oğlu da balacaymış,
istәyiblәr bu bağ evini satsınlar, çünki kooperativin pulunu
ödәmәyә imkanları olmayıb, axır ki, birtәhәr köçü yola veriblәr,
yayda kirәkeş götürüblәr, sonra Lidiya Aleksandrovna yaxşı bir
insanla rastlaşıb, o da elmi işçi olub, oğluna da, özünә dә sahib
çıxıb, indi yaxşı yaşayırlar. O, haçansa yaxşı yaşaya bilәcәyinә
ümid elәmirmiş: “Qadın gәrәk heç vaxt ümidini itirmәsin”. Әlli
yaşında bir tanışı var, rәssam qadındı, bu yaxınlarda özündәn
sәkkiz yaş kiçiyә әrә gedib. Әri dә rәssamdı, onu tamamilә
ilahilәşdirib. O qadının da çәtin dövrlәri vardı, әri yüksәk rütbәli
hәrbçiydi, iyirmi il birgә yaşamışdılar vә onu qәfil atıb getmişdi.
Çünki Kirov Teatrından leninqradlı bir balerinaya vurulub, çıxıb
getmişdi Leninqrada. İndi bu rәssam qadın çox gözәl vә xoşbәxt
272