Page 269 - Yuri Trifonov
P. 269
Vera və Zoyka

әvvәl çox acıyırdı buna, sonra vәrdiş etdi, abortdan sonra necә
ağrıdığını, xәstәxanada yatdığını xatırladı. Bütün qadınların ya-
nına kişilәri gәlirdi, sovqat, mәktub gәtirirdilәr, ona isә iki hәftә
nә pay gәtirәn oldu, nә mәktub, palatada yiyәsiz vәziyyәtdә olan
yeganә o idi. Qadınların ona yazığı gәlirdi. Vera isә özünü sındır-
mırdı, tәkcә gecәlәr hönkürürdü. Nikolay on dörd gün keçәndәn
sonra qәfil gәldi, hәyәtdәn pәncәrәni döydü, әlindә gül buketi
vardı, sifәti gülürdü, harasa uzaqlara ezamiyyәtә göndәrildiyini
dedi, bәlkә dә, elәydi. Yaddaşından çox şeylәr keçdi: incikliklәr,
xoşbәxt günlәr, söhbәtlәr, nәvazişlәr... Maşının şosedәn qәsәbә
yoluna necә döndüyünü hiss etmәdi, bağ evlәri, tozağacıları,
çәpәrlәr bir-bir arxada qaldı. Taxta körpüylә çayın üstündәn
keçib, yamaca qalxaraq, sağa döndülәr. Yolu necә getmәk barәdә
Lidiya Aleksandrovna göstәriş verirdi, sonra bir dә sağa döndülәr
vә köhnә bir qapının qarşısında dayandılar.

Böyük, taxtadan olan bu köhnә bağ evi baxımsız vәziyәtdәydi.
Eyvanın şüşәlәri qırılmış, qapının üstünә taxta vurulmuşdu. Hә-
yәt-baca da yaman gündәydi, bir neçә uca şam ağacının dibini
gәndalaş kolları, xırda küknar vә ağcaqovaq pöhrәlәri basmışdı.

– Bu cür bağ evini hansı “zәhmәtkeş” әlә keçirib? Eh... –
deyә sürücü öz-özünә dillәndi. O, yüklәrin maşından evә
daşınmasına kömәk edirdi.

Lidiya Aleksandrovnanın başı çantasından açar çıxarmağa
qarışdığından Vera cavab verdi:

– Kim әlә keçiribsә, afәrin! O da yaşamalıdı! Elә deyilmi,
Lidiya Aleksandrovna? Doğru demirәm?

Hava qaralanacan dördü dә işlәdi: tör-töküntünü yığışdırdılar,
zir-zibili daşıdılar, qışda nәm çәkmiş mebellәri әsgiylә sildilәr,
kif iyi gәlәn, toz basmış köhnә xalçaları, hәsirlәri çırpdılar, sü-
pürdülәr, yudular, qaşıdılar. Lidiya Aleksandrovna başına lәçәk
bağladı, әyninә göy rәngli, brezentә oxşayan kobud bir şalvar,
qolsuz mayka geyindi, әşyaları daşımaqda Zoykadan vә Veradan
geri qalmadı. Hәtta Zoyka hәrdәn işdәn yayınırdı, gah “belim
ağrıdı...” – deyib bir dәqiqәliyә oturur, gah siqaret çәkmәyә bağ-
çaya gedirdi. Saat on ikiyәcәn qurtarmağı qәrarlaşdırdılar.

Növbәti günә vur-tut ikinci mәrtәbәnin pәncәrәlәrini yumaq
qalmışdı.

269
   264   265   266   267   268   269   270   271   272   273   274