Page 266 - Yuri Trifonov
P. 266
i Trifonov

– Mәn bir tutmuram, sadәcә, ötәn il ödәdiyimi dedim. Amma
sizin dә mübahisә etmәyiniz ağlabatan deyil: axı işlә tanış deyil-
siniz.

– Әlbәttә, әlbәttә, – Zoyka tәsdiqlәdi. – Baxıb sonra razılaşmaq
lazımdı. Vera, sәn dә qәribә adamsan, eey...

– Oğlunuz qarabuğdayıdı. Atasına çәkib, yәqin? – Vera
ucadan dedi.

– Hә, atasına çәkib, – Sinitsına cavab verdi.
– Aha, mәn dә baxıram ki, siz ağsınız, o isә qara-quradı!
“Qastronom”un yanındakı dayanacaqdan taksi tutdular,
Sinitsına sürücünün yanında oturdu, qalanları arxada, yüklәri
baqaja qoydular, Vera pәncәrәnin yanında әylәşdi. İyunun ortaları,
aydın vә ilıq bir gün idi, bağçalar, yaşıllıqlar gülә-çiçәyә qәrq ol-
muşdu, şәnbә günlәrindә, hәmişә olduğu kimi, bu vaxt hәr tәrәf –
yanından ötüb-keçdiklәri trolleybus dayanacaqları, әrzaq mağa-
zasının qabağı, qoca Moiseiçin tütün köşkünün hәndәvәri adamlarla
doluydu. Vera şüşәnin bu üzündәn әtrafa dörd gözlә baxır, min
dәfә gördüklәrini – hәr pәncәrәsi, hәr kәrpici tanış olan rayonlarını
bir dә süzür, sanki yenidәn tanımağa çalışır, dil-boğaza qoymurdu:
– Moiseiçdә növbәyә baxın eey! Gör kişilәr necә düzülüb!
Klavkada da dondurma üçün növbәdi... Odur ha, mәnim müştәrim
gedir! Әlli sәkkiz on! Odur, odur, odur!
– Vera birdәn çılğıncasına elә bağırdı ki, Sinitsına diksinib
geri qanrıldı, sürücü isә astadan söyüş söydü. – Lidiya Aleksandrov-
na, bax, o gedәn mәnim müştәrimdi! Portfelli, hә portfelli, odur,
odur, odur! Әlli sәkkiz on! Çox yaxşı adamdı. Hәmişә özü gәlir,
arvadı isә düşәndә bir dәfә. Arvadı da yaraşıqlı qadındı, onu ta-
nıyıram. Burada, Sokol yaxınlığında institutda işlәyir...
Leninqrad prospektinә çıxmışdılar, Vera isә çәrәnlәmәkdә
davam edirdi. Ovqatı çox gözәl idi, elә bil dünәnki iztirablarını,
adyaldan ötrü hönkürmәyini, heç nәdәn altı rubl ödәmәli, istirahәt
әvәzinә bütöv bir sutkanı işlәmәli olduğunu unutmuşdu; sanki
bağa, quşların cәh-cәh vurduğu meşәyә gәzmәyә gedir. Sabah
axşam isә Nikolay yanına gәlәcәkdi. Nә haqda danışırsa-danışsın,
nә barәdә düşünürsә-düşünsün, bildiyi tәkcә bu idi ki, sabah Ni-
kolay gәlәcәk.

266
   261   262   263   264   265   266   267   268   269   270   271