Page 271 - Yuri Trifonov
P. 271
Vera və Zoyka
– Onların, әlbәttә, xoşları gәlir. Çünki bu, onları öz puluyla
yemlәyir, – Zoyka dedi.
– Kimi yemlәyirәm?
– Elә hamısını. Guya mәn bilmirәm?
– Kimi yemlәyirәm, ey? Kimi? Hә?
– Kolyanı hәmişә yemlәyirdin? Yemlәyirdin. Milis Arkaşkanı
yemlәyirdin? Bәlkә, yox deyәsәn? İndi dә Seryojanı yedizdirirsәn.
– Vera, doğrudan da, siz hәdsiz ürәyiyumşaqsınız?
– Ona qulaq asmayın, Lidiya Aleksandrovna! Yalan deyir.
Ümumiyyәtlә, o, çox paxıldı.
– Paxıllıq edilәsi nә var ki?..
– Әlbәttә, paxıllıq elәyir. Çünki mәnә baş çәkәn var, onunsa
yanına ildә bir dәfә gәlirlәr. Kişilәr mәnә hörmәt edir, Lidiya
Aleksandrovna. Hәtta çox hörmәt edirlәr. Mәnsә onlarla bir
yoldaş kimi rәftar edirәm: onlarla yeyә dә, içә dә bilәrәm, amma
azacıq, әlbәttә, çox içmәk nәyә lazımdı, düz deyil? Maaş
gününәcәn borc da verә bilәrәm. Nә qәdәr borc verәrәm? Әlbәttә,
bir-iki rubl, ya da hәmişәki kimi üç rubl. And olsun ki, mәn
onlarla yoldaş kimiyәm, Lidiya Aleksandrovna.
– Sәnin ayrıca otağın var, sәfeh! – Zoyka dedi. – Biz isә on
iki kvadrat metrdә dörd nәfәr yaşayırıq.
Cavab vermәk istәyәndә, Veranı hıçqırıq tutdu. Bir neçә
dәqiqә hıçqırığıyla әllәşdi, sonra Zoykaya sarı әlini yellәdi: yәni
ki, sәninlә danışmağa dәymәz. Hıçqıra-hıçqıra özünün köhnә
dәbli, haçansa bir artist qadının bağışladığı, tәzәliyindә tünd-
yaşıl rәngli, indi isә solub-soluxmuş, ağzının zәnciri әyiş-üyüş
olan girdә çantasını dizlәri üstünә qoydu, әlini salıb içini eşәlәdi,
masanın üstünә daraq, güzgü, kağız, camaşırxanada qәbz yazdığı
karandaş qırığı kimi müxtәlif әşyalar çıxarıb tökdü, nәhayәt,
әzik-üzük bir fotoşәkil keçdi әlinә.
– Alın, oxuyun, Lidiya Aleksandrovna. Bunu mәnә Hәrbi
Dәniz Donanması günündә Kolya bağışlayıb. – O, bir dәfә dә
hıçqırdı vә pıçıltıyla dedi: – Ah, ya Rәbbim, özün kömәk ol...
Lidiya Aleksandrovna şәkli götürüb arxasındakı yazını ucadan
oxumağa başladı:
– “Hәrbi Dәniz Donanması günündә Z.Nikolaydan әziz xati-
rә”. – Belә... Nә demәk olar, yaxşı yazıdı. Qızlar, bәlkә, işığı
söndürüb pәncәrәlәri açaq? Bu dәqiqә bağın havası çox gözәldi.
271