Page 276 - Yuri Trifonov
P. 276
i Trifonov

qalmasını istәmir. Niyә nigaran qalmalıdı axı? Anası Veranı yaxşı
tanıyır. Vera da dәfәlәrlә onların evindә olub, bazarlıq elәyib,
yuyulmuş mәlәfәlәrini, camaşırlarını özü çatdırır, şәnbә günlәri
döşәmәlәri yuyur – onların ailәsi böyükdü, taxta binada üçotaqlı
mәnzillәri var. Volokolamskda yaşayırlar. Bәzәn gecә saat ikidә
trolleybus-zad olmur, Seryoja evә piyada gedir. “Anam kәsir
qarşımı, yoxsa sәni bu dәqiqә alardım” – deyir. Belә ki, bu
mәsәlә çox qәlizdi, baş açmaq olmur.

Lidiya Aleksandrovna elә bir mәslәhәt verә bilmәdi, çünki
fikri ayrı yerdә idi. – “Vera, әsas odur ki, öz qadınlıq lәyaqәtinizi
unutmayasınız” – dediyi vur-tut bu oldu. Vera razılıqla başını
tәrpәtdi: “Düzdü, düzdü, Lidiya Aleksandrovna! Mütlәq...” Vera
öz keçmiş hәyatından da söhbәt açdı: Boqorodski kәndindә keçәn
uşaqlığından, yetimliyindәn, müharibәdәn, peşә mәktәbindә
oxumağından, xalasının ölmәyindәn, özünün ev sahibәsiylә bir
yerdә qalmasından, Kamışin şәhәrindәn olan altmış beş yaşlı bir
kişinin ona girişmәsindәn, otağına tamah salmasını duyub, tezliklә
o adamı necә qovmasından danışdı. Vera danışırdı, amma ürәyindә
Nikolay barәdә düşünürdü vә birdәn o qәnaәtә gәldi ki, onunla
bugünkü görüş yaxşı heç nә vәd elәmir. Uzaqbaşı, maaşını
alanacan beş rubl borc istәyәcәk, vәssalam. Ya bir beşlik istәyәcәk,
ya onluq. Bu sadә fikir ağlına necә hakim kәsildisә, o andaca
susdu. Lidiya Aleksandrovna da fikirli-fikirli susub oturmuşdu.

Vera köksünü ötürdü.
– Lidiya Aleksandrovna, bәlkә, nәsә bir bәdbәxtlik baş verib?
Lidiya Aleksandrovna başını yırğaladı.
– Yox, Vera, heç bir bәdbәxtlik baş vermәyib.
Saat beşә yaxın yağış başladı. Yağış kәsәndә, Vera getmәk
üçün tez-tәlәsik yır-yığış elәdi. Onun iyirmi rubl pulu vardı.
Altımış qәpik özünә götürdü, altmış qәpik dә Lidiya Aleksan-
drovnaya borc verdi, çünki onun qayıtmağa pulu yox idi.
Vera stansiyaya çәmәnliyin içindәn keçәn cığırla gedirdi.
Cığırın hәr iki tәrәfindәn qalxan hündür biçәnәk otları yüngülcә
tәrpәnir, sanki nәfәs alırdılar, diblәrindәn dikәlәn yağış qoxulu
buxar onları titrәdirdi. Vera tuflilәrini dә çıxarmışdı. Uzun illәrdi
otluqda ayaqyalın yerimәmişdi. Cığırda ondan başqa heç kim
yox idi vә o, heç yana tәlәsmirdi.

276
   271   272   273   274   275   276   277   278   279   280   281