Page 273 - Yuri Trifonov
P. 273
Vera və Zoyka
ömür sürür. Әri çox istedadlı dekorçudu, bizim xaricdәki
sәrgilәrimizә quruluş verir, hәmişә sәfәrdәdi, onunçün hәr şey
alıb gәtirib...
Verayla Zoyka susaraq acgözlüklә dinlәyirdilәr. İkisi dә
yorulmuşdu, bir-birinin ardınca әsnәyirdilәr, yatmaq istәyirdilәr,
eyni zamanda qulaq asmaq da keçirdi könüllәrindәn: Lidiya
Aleksandrovnanın danışdığı hәyat hekayәti onlarınkına qәti oxşa-
mırdı, amma nәlәrisә xatırladırdı. Onlar Lidiya Aleksandrovnanın,
xüsusilә “qadın gәrәk heç vaxt ümidini itirmәsin” sözlәrinә hey-
ran qalmışdılar. Bu, onların öz içlәrindә dumanlı şәkildә hiss et-
diklәri bir mәsәlәydi. Amma heç vaxt belә aydın vә dәqiq ifadә
etmәk ağıllarına gәlmәmişdi. Onlar artıq Lidiya Aleksandrovnanı
dinlәmirdilәr, hәrәsi öz dünyasına qapılmışdı.
Ümidlәri çoxuydu, heç vaxt da bәdbinlәşmirdilәr. Yeniyetmәlik,
avamlıq dövrlәrindәn bәri bәslәdiklәri ümidlәri canlarında
daşıyırdılar.
Sonra hava sәrinlәdi, Lidiya Aleksandrovna pәncәrәni örtdü,
hamısı getdi yatmağa.
Ev rütubәt olduğuna görә üşüyә-üşüyә, narahat yatdılar. Ve-
rayla Zoyka paltolarından әlavә, evdә hәsirdәn, palazdan әllәrinә
nә keçmişdisә çәkmişdilәr üstlәrinә.
Sәhәr isә hava isti vә günәşliydi, quşlar oxuyurdu. Mişkayla
Vera bağçada şehli otluqda qaçır, kәpәnәktutan torla kәpәnәk qo-
vurdular. Uzaqdan baxanda, elә bilirdin ikisi dә sarışın saçlı ba-
laca uşaqlardı.
Şişkin sifәtli Zoyka kandarda dayanıb әl-üzünü yumamış
saçlarını darayırdı.
– Sәrinlәdiyiniz bәsdi! Mişka, yüyür su dalınca! – deyә
acıqlandı. – Tәcili qurtarıb evә getmәliyik. Bәsdi...
Lidiya Aleksandrovna Moskvaya zәng etmәk üçün sәhәr-
sәhәr stansiyaya yollanmışdı, qayıdanda kefi göylә gedirdi: saat
on ikiyә yaxın ikisi dә – әriylә oğlu gәlәsiydilәr. Dediyinә görә,
әri mehriban adamdı, amma tәsәrrüfatdan uzaqdı, dünyada әn
çox sevdiyi şey sakitlik vә dinclikdi. Elә buna görә dә Lidiya
Aleksandrovna ev işlәrini onun olmadığı vaxtda görmәyә çalışırdı.
Saat on birә qәdәr yuxarı pәncәrәlәr yuyuldu, anbarda da yır-
yığış etmәk lazım gәldi, hәlә sınıq taxtı ikinci mәrtәbәdәn düşürüb
bağçaya, çәpәrin dibinә apardılar.
273