Page 265 - Yuri Trifonov
P. 265
Vera və Zoyka

– Hәlә yox. Qiymәt barәdә yerindә danışarıq, görәk iş nәdәn
ibarәtdi. Elә deyilmi, Lidiya Aleksandrovna? Belә düşünürәm
ki, bizi incitmәzsiniz, elә biz dә sizi. Ümumiyyәtlә, pulu bir az
çox götürün! – Vera özünәmәxsusluqla, sakit-sakit güldü.

Dәhlizә qarabuğdayı, ağ köynәk geymiş eynәkli cavan bir
oğlan çıxdı. O, Verayla Zoykanı başıyla salamladı:

– Nә deyirsiz, yola düşürsünüz?
– Kiril, xahiş edirәm, sәn sabah gәlәrsәn, – Sinitsına dedi.
– Bilmirәm, işin gedişi göstәrәcәk. Sәndәn xahiş edirәm ki,
özünü әldәn salma, eşidirsәn, ana?
– Qorxma, gör mәnim nә gözәl kömәkçilәrim var, sәni isә
sabah gözlәyәcәm. Başa düşdün, Kiril? Anatoli Vladimiroviç ma-
şınla gәlәcәk, o, sәni götürәcәk. Sәnә dincәlmәk, tәmiz hava almaq
vacibdi.
Oğlu ucaboy idi, anasına yuxarıdan-aşağı baxıb yüngülcә
gülümsünürdü.
– Hәr şey yaxşı olacaq, ana. Amma işlәrim çoxdu, özün
bilirsәn axı...
– Anatoli Vladimiroviç sәhәr çıxacaq.
– Yaxşı, birtәhәr gәlәrik.
– Oldu, sağlıqla qal! – deyә Vera adәti üzrә kişilәrә gülümsәdiyi
kimi eynәkli cavana da tәbәssümlә baxdı, dodaqlarını sıxdı, çünki
qabaqda iki dişi yoxuydu. Buna görә dә danışanda fışıldayırdı.
Vera iki әdәd döşәmәsilәn taxtanı, içindә pәncәrә tәmizlәmәk
üçün yuyucu toz paketlәri qoyulmuş vedrәni götürüb pillәkәnlә
aşağı endi. Ardınca Zoyka düşürdü, әlindә iki çanta vardı: birinin
içindә yemәk, böyük dama-dama naxışlıya isә pәrdәlәr, örtüklәr,
çaynik, elektrik plitәsi, hәm dә qara rәngli bir stolüstü lampa qo-
yulmuşdu. Anasının dalınca adyal bağlamasını sürüklәyәn Mişka
gedirdi. Sinitsına da balaca bir çanta vә sәliqәylә götürdüyü, әz-
mәkdәn ehtiyat etdiyi yaşıl rәngli qalın bir kağız bürmәci gәtirirdi.
Bir neçә pillә endikdәn sonra Sinitsına dedi:
– Qiymәt barәdәsә, düzü, bilmirәm... Ötәn il tәxminәn belә
bir iş üçün on beş rubl ödәmişdim.
– Lidiya Aleksandrovna, siz ötәn ili indikiylә bir tutmayın! –
Vera aşağıdan qışqırdı.

265
   260   261   262   263   264   265   266   267   268   269   270