Page 263 - Yuri Trifonov
P. 263
Vera və Zoyka

masını soruşdu. Qarı dәrin qırışlı solğun sifәtini aramla aşağı
endirmәklә “hә” cavabı verdi; onun dişlәri tökülmüşdü, bürüşmüş
ağzı da elә qırışa oxşayırdı. O, ağzını açıb, nәsә demәk istәdi,
Vera isә artıq eşitmirdi, pillәkәnlәrlә qaçırdı: onun Lyuba qarıya
yazığı gәlirdi, bәzәn bu yaşlı insanı Zoykadan müdafiә dә edirdi,
amma dayanıb söhbәtlәşmәyi xoşlamırdı. Nәdәnsә ona elә gәlirdi
ki, Lyuba qarı mәzar iyi verir.

Zoyka özünün uzun, xovlu xalatındaydı, yalın ayaqlarına
rezin başmaqlarını geyinmişdi vә mәtbәxdә uşaqlara sıyıq bişirirdi.
Bağ evindә yır-yığış barәdә eşitdikdә dәrhal kobud cavab verdi:
gic deyilәm ki, şәhәrdәn kәnara çıxam, tәmizlik işlәri Moskvada
da xirtdәkdәndi. Zoykanın onun tәkliflәrini süngüylә qarşılamasına
Vera öyrәncәliydi. Zoyka bu tәklifin dә dalında nәsә bir mәqsәd
olduğunu düşünürdü, şübhәlәnirdi ki, burada onun yox, Veranın
xeyri var. Vera sakitcә dedi:

– Özün bil, mәn tәkcә dә bacararam.
Zoyka dünәndәn qızartdığı kartofu qızdırmağa başladı. Tavaya
günәbaxan yağı tökdü, yumurta vurdu, içinә dünәndәnqalma
kolbasa dilimlәrini tökdü, әlli qram da quş irtmәyi әlavә etdi,
hazırlayıb dedi: bax, bu da nahar, Tanrı hamıya qismәt elәsin!
Vera bilirdi ki, Zoyka bir dәqiqәdәn sonra fikrini dәyişib soruşacaq
ki, nә, necә vә neçәyә razılaşdırılıb. Hәqiqәtәn dә, soruşdu. Vera
hәlә qiymәt danışmadıqlarını, işin tәxminәn nәdәn ibarәt olduğunu
dedi. Söylәdi ki, yәqin, iyirmi rubl verәr. Nәdәnsә Veranın
beyninә mәhz bu rәqәm hәkk olunmuşdu.
– Yaxşı, sabah baş çәkәrik – Zoyka donquldandı vә tavanı
götürüb acıqlı bir sifәt göstәrәrәk mәtbәxdәn çıxdı. Dәhlizdә
gözdәn itәndә birdәn qışqırdı: – Qarı sәnә demәdi? Nikolay
gәlib.
– Nikolay? – Vera ah çәkdi. – Nә deyirdi?
Bu da bir cür adamdı: dәrhal demәklә arası yoxdu! Vera ko-
ridorda vurnuxurdu.
Zoyka öz otağına yaxınlaşıb, geri qanrılmadan dedi:
– Heç bilirәm ki? Qarıyla danışırdı, ondan soruş.
Vera çaparaq aşağı – Lyuba qarının yanına qaçdı. O, Nikolayın
gәldiyini tәsdiqlәdi, dedi ki, sәni görә bilmәdiyi üçün әhvalı

263
   258   259   260   261   262   263   264   265   266   267   268